Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bərdə Xirosimaya çevrilib: Zahid Orucla Fatma Yıldırım, daha nə olmalıydı ki ora gedəsiz?!

29-10-2020, 10:08   





Xirosimada ölmüşəm,

Keçib üstümdən on bahar.

Yeddi yaşlı qızam hələ,

Böyümür ölü uşaqlar.


Ustad Nazim Hikmət sanki bu misraları Naqasaki və Xirosimaya atılan atom bombalarından ölən yüzlərlə yapon uşağına deyil, bərdəli körpə Aysuna həsr etmişdi.

Fərq etməz, hansı dövrdə, harada bir məsum uşaq böyüklərin silahları ilə ölürsə, bizdəndir, içimizdəndir, qəlbimizi parçalayır.

Bəli, əlavə nə şərh vermək olar, Bərdəyə iki gün ardıcıl atılan raketlər uşaqları, yaşlıları, cavanları qətlə yetirdi.

Günün günortaçağı, informasiyanın gözdeşən və qulaqbatıran əsrində, gözümüzün qabağında ermənilər Bərdənin mərkəzini bombaladılar.

İki günə Bərdədən 26 mülki şəhidimiz, 100-ə yaxın yaralımız var. İçimiz qan ağladıqca, məğrurluğu itirmirik, düşmənin namərd hücumuna kişi kimi cavabımız, qisasımız var - döyüş meydanında...

Bütün bunlar öz yerində, ermənidir, xislətinə bələdik, Xocalıda körpələri süngüyə keçirənlər dəyişməyiblər, 28 il sonra Bərdədə uşaq öldürürlər.

Lakin bizi üzən, sarsıdan həm də içimizdəki etinasız adamların davranışlarıdır. Çox uzağa getmirik, elə Bərdənin deputatlarını götürək.

Anaxeber.info bildirir ki, Bərdə iki gün Xirosimaya çevrilib, küçələrdə yanan maşınlar, obyektlər, meyitlər...amma deputatlar mürgüləyir.

Yəqin ki, Bərdə şəhərinin, qədim paytaxtın ölkəmiz üçün əhəmiyyəti, strateji önəmi sirr deyil. Bərdə İpək yoludur, imam şəhəridir.

Və o da yəqindir ki, Bərdənin bundan da pis günü, acı günü olmaz. Belə vaxtda şimalından cənubuna qədər hər kəs Aysu və orada həlak olan digər ciyərparələrimiz üçün göz yaşı tökdü, düşmənə lənət oxudu.


Amma biz Bərdənin bədxassəli şişə bənzəyən deputatları - Zahid Orucla Fatma Yıldırımı nə hadisə yerində gördük, nə Aysunun dəfnində, nə yaralıların ziyarətində... Nə günəsiniz, hansı yanan barmağa su tökənsiniz, daha nə olmalıdır ki, Bərdəyə gedəsiniz?!

Yəni, Bakıdan üç saat aralıda terror baş verir və siz getmirsiniz. Haram deyil seçicinin səsi? Bəs Bərdə camaatından seçkidə necə səs istəmisiniz?

Fatma Yıldırımı anlamaq olar, bivec deputatdır, təcrübəsizdir, bilmir, izah edəni yoxdur. Hərgah anlamaq çox çətindir. Bir xanım deputat yox, bir qadın və ana kimi ürəyi titrəmədimi? Aysunu görmədimi?

Axı Bərdəyə getmək, ölənlərin dəfnində iştirak etmək, yaralılara baş çəkmək nə çətin iş imiş. Görəsən deputatın funksiyası nədir ki...

Yaxşı, yenə də F.Yıldırımdan böyük gözlənti olmamışdı. Amma Bərdənin çörəyini yeyən, suyunu içən, bu eli-obanı, daşı-torpağı tanıyan, neçə-neçə bu rayondan deputat olan Zahid Oruca nə deyəsən???

O ki kifayət qədər dünyagörüşü olan, prezidentin yanında etimad qazanmış bir siyasətçidir. Heç belə yanlışa yol verməzdi.

İndi Bərdə əhlinin gözü dost, arxa-dayaq, ürək-dirək verən axtarır. Onun heç kəsin malına-puluna, təsəllisinə ehtiyacı yoxdur.

Bu ağır gündə Bərdənin tək ehtiyacı mənəvi dəstək görməkdir. İstər tanınmışlar, istərsə rayonun terror qurbanlarının ailələrinə həyan olmalıdırlar.

İlk növbədə Bərdənin deputatları bu mənəvi borcu ödəməliydi. Amma Zahid Oruc və Fatma Yıldırım ayağını Bərdə qoymayıb.

Onlara səs veribsə də, bu yurdun əhli səs verib, hörmət edibsə də, yenə bərdəlilər edib. Zahid Orucun Bərdədəki biznes imkanlarını da yerli camaat bilməmiş deyil.

Amma Z.Oruc və F.Yıldırım bərdəlilərə hörmət qoymadılar. Nə etməli, Bərdə deputat sarıdan heç yarımadı.

Məlumdur ki, Z.Orucun Bərdədə “Lider inşaat” tikinti materialları satış mərkəzi, Yeni Daşkənddə pomidor istixanaları fəaliyyətdədir. Ən azı bu elin gətirdiyi qazancı göz qabağına gətirib, düşünmək lazım idi.

F.Yıldırıma gəlincə, seçicini saymayan, belə gündə Bərdəyə getməyən deputat bundan sonra heç bir xeyirə-şərə yaramaz.

Biz internet resurslarını da eşələdik, axtarış verdik, bəlkə Bərdənin deputatlarının erməni terroru ilə bağlı açıqlamasına rast gələrik fikirləşdik. Heyrət içindəyik, heç biri ağzını açıb danışmayıb.

Adamın baş verənlərdən qanı donur, içi sızlayır, deputatların isə tükü tərpənmir. Qandonduran və ikrah doğuran mənzərədir...

 Anaxeber.info

Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar