Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Lavrov İlham Əliyevin ideyasını dəstəklədi

4-11-2020, 09:13   

 “Biz heç vaxt böhranın güc yolu ilə həllini dəstəkləmədiyimizi gizlətməmişik və gizlətmirik, hərbi əməliyyatların mümkün qədər tez dayandırılmasına çalışırıq”.
Virtualaz.org bildirir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Kommersant” qəzetinə verdiyi müsahibədə, Rusiyanın Qarabağ münaqişəsini həll etmək səyləri ilə bağlı sualı cavablandırarkən deyib.
"Həm tərəflər, həm də onların bütün xarici tərəfdaşları atəşkəs razılaşmasına, nəzarət mexanizminin yaradılmasına və konkret qrafiklə məzmunlu danışıqlar prosesinin bərpasına ciddi hörmətlə yanaşmalıdırlar. Davamlı barışığa dərhal nail olmaq mümkün olmasa da, biz regiondakı bütün nüfuzumuzdan istifadə etməyə davam edəcəyik, hərbi ssenarinin daha da genişlənməsini dayandırmaq, tərəflər arasında dialoq qurmaq və Bakı ilə Yerevanı danışıqlar masası arxasına əyləşdirmək üçün türkiyəli tərəfdaşlarımızla işləyəcəyik", - deyə Lavrov bildirib.
Qeyd edək ki, danışıqlar prosesinin davam etdirilməsi üçün Prezident İlham Əliyevin şəxsində məhz Azərbaycan tərəfi ilkin şərt irəli sürür: işğalçı qoşunların çıxarılması ilə bağlı konkret qrafikin müəyyən edilməsi. İlk dəfədir ki, Rusiya XİN başçısı qoşunların çıxarılması ilə bağlı konkret qrafikin tətbiqi üzrə Azərbaycanın mövqeyini dəstəkləyib.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar