Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qarabağda atəşkəs rejiminə Rusiya-Türkiyə sülhməramlılar korpusu nəzarət edəcək

10-11-2020, 05:29   


Bu gün Türkiyə ilə Rusiya arasında sülhməramlıların Dağlıq Qarabağda fəaliyyəti monitorinqi ilə əlaqədar sənədin imzalanması nəzərdə tutulur.
Virtualaz.org-un məlumatına görə, xüsusi müşahidə missiyasının yaradılmasına dair razılıq iki dövlət başçısı – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında əldə edilib.
Bu monitorinq korpusunun fəaliyyəti Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının birgə bəyanatındakı beşinci maddə ilə tənzimlənir.
Beləliklə, Türkiyə Müdafiə Nazirliyinin nümayəndələri də atəşkəs rejiminə nəzarət edəcəklər. Qeyd edək ki, iki ölkə arasında atəşkəsə əməl olunmasına nəzarət sahəsində birgə patrul xidmətinin aparılması və əməkdaşlıq təcrübəsi Yaxın Şərq ölkələrində bir sıra qaynar nöqtələrdə tətbiq olunub.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar