Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiya nümayəndə heyəti Bakıda Əliyevlə görüşə başlayıb

21-11-2020, 19:37   
 
Şənbə günü Bakıya gələn RF-nin İdarələrarası nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə başlayıb.
"Bakıda Rusiya idarələrarası nümayəndə heyətinin Azərbaycan Prezidenti ilə görüşü başlayıb", - deyə Zaxarova Facebook sosial şəbəkəsində öz səhifəsində yazıb.


Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da daxil olduğu idarələrarası nümayəndə heyəti Yerevandan Bakıya gəlib.
Lavrovla yanaşı, nümayəndə heyətinə Rospotrebnadzor rəhbəri Anna Popova, Rusiyanın səhiyyə naziri Mixail Muraşko və baş nazirin müavini Aleksey Overçuk da daxildir. Bundan əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu da Bakıya gəlmişdi.
Görüş Azərbaycan prezidentinin iqamətgahında keçirilir.
Bir müddət əvvəl RF nümayəndə heyəti Yerevana səfər edib, orada Ermənistan rəhbərliyi ilə bir sıra görüşlər keçirilib, RİA Novosti xəbər verir.—0—


 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar