Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Lavrovun İrəvana “başsağlığı”, Bakıya bayram səfəri: Putinin çamadanında nə var?

23-11-2020, 09:44   

Ermənistan müttəfiqi Rusiyadan sonuncu zərbəsini aldı. Buna nokaut adı da vermək olar. Kreml başçısı Vladimir Putin “Dağlıq Qarabağ və ətraf ərazilər Azərbaycanın ayrılmaz hissəsidir” deməklə İrəvanın özü tərəfdən sonuncu ümidlərini də dəfn etdi. Anaxeber.info yazır ki, əslində Rusiya XİN rəhbəri Sergey Lavrovun və müdafiə naziri Sergey Şoyqunun əvvəlcə Ermənistana səfərini “yas mərasiminə başsağlığına” getmək kimi də qiymətləndirmək olar. Bəlkə də bu, strateji vidalaşma görüşü idi. Yəni Lavrovla Şoyqu “Əlvida” deməyə getmişdilər. Elə Rusiya XİN rəhbərinin Ermənistanın baş naziri Nikol Paşinyana “Biz Putinin qərarı ilə buradayıq” deməsi son dərəcə eyham xarakterli ifadəydi. Rusiyadan eyni tərkibin Bakıya gəlişi, prezident İlham Əliyevlə görüşü, burada səsləndirilən fikirlər, bəyanatlar tam fərqliydi. Lavrov ola bilsin ki, içindən gəlməyib, lakin Azərbaycana daha isti sözlər ünvanlamalı oldu. O, özünün deyil, Putinin mesajlarını çatdırırdı. Ertəsi gün Putinin “Dağlıq Qarabağ və ətraf ərazilər Azərbaycanın ayrılmaz hissəsidir” açıqlaması İrəvan və Bakı görüşünə nöqtə qoydu. Rusiya prezidenti onu da əlavə etmişdi ki, rəsmi Moskva İrəvanla hərbi-texniki əməkdaşlıq çərçivəsində öz öhdəliklərini tamamilə yerinə yetirib. “Sizi inandırıram, Ermənistan özünü atılmış, unudulmuş hiss etmirdi. Və Rusiya hər şeyi etdi ki, bu olmasın...” Kəsəsi, Putin sınıq, köhnə çamadandan nəhayət ki, xilas olmaq, ən azı bu yükdən azad olmaq qərarı verir. O demək deyil ki, Rusiya Ermənistanı tamamilə itirir və Qərbə təslim edir. Sadəcə, böyük miqyasda körpülər yanır və uzunmüddətli çatlar əmələ gəlir. Bu, Paşinyana daha böyük imkan qazandırır ki, şələ-şüləsini yığıb daha sürətlə Qərbin qucağına atılsın. Bu soyuq, ayrılıq xarakterli qarşılaşma Paşinyanın Lavrovla görüşündə Rusiya bayrağının olmaması ilə də olduqca diqqət çəkirdi. Deyilə bilər ki, protokola görə XİN başçısını qəbul edərkən qarşı tərəfin dövlət bayrağı olmaya bilər. Ancaq rəsmi açıqlamada Rusiya məsələni heç də gözardı etmədiyinə işarə vurmuşdu və istənilən halda bayraq faktorunun münasibətlərə təsirini vurğulamışdı. Bundan sonra Putin əlbəttə 10 noyabrdan bəri demədiyi həqiqəti söyləməliydi - Dağlıq Qarabağın da bizm ayrılmaz parçamız olduğunu... Hərgah, ilk günlərdə “tərəflər gələcəkdə status işinə baxa bilər” tonunda qanqaraldıcı açıqlamalar verirdi. İrəvandakı görüşdən sonra hər şey qüruba endi. Anaxeber.info yazır ki, Rusiya regionun sabahını başqa cür görür. Putin müharibələrdən yorulub. Düzdür, tərəfləri silahlandırmaq ona pul qazandırırdı. Lakin münaqişələrsiz, regionda stabilliyi təmin etməklə də gəlir əldə etmək mümkündür. Digər tərəfdən, Türkiyə faktoru var, hansı müharibədən söhbət gedə bilər? Üçüncüsü, Rusiya imicini yaxşılaşdırmalıdır, işğalçı, ilhaqçı reputasiyasına son qoymalıdır. Naxçıvan dəhlizi bəs deyilmi? Bu, Moskvaya daha çox qazanc gətirə bilər. Türkiyə-Naxçıvan-Azərbaycan xəttində və Xəzər ətrafında yaşana biləcək, gözlənilən bir hərəkətlilik sadəcə Cənubi Qafqaz üçün deyil, bütün Avrasiya üçün impuls ola bilər. Bu impuls Çindən Avropayadək uzanan “İpək yolu”nun orta qurşağına təsir edə biləcək. Çünki Bakı-Tbilisi-Qars dəmir yolu və ona bağlı olan digər dəhlizlər birbaşa bu xəttin parçalarıdırlar. Ardınca, “İzvestiya” qəzeti məlumat yayıb ki, Xankəndi - Bakı dəmir yolu vağzalının işə salınması istiqamətində ilkin işlər başlayıb. Çox mühüm xəbərdir. Belə desək, region istilalardan, xaosdan qurtulmalı, bütün tərəflərin iqtisadi imkanlarını artıracaq layihələr başlanmalıdır. Ona görə Putinin Lavrov və Şoyqu ilə göndərdiyi çamadanında meqa projelər var. Ancaq regionda Rusiya-Türkiyə-Azərbaycan zolağının yaranması Qərbə qarşı bir izolyasiyaya bənzəyir. Sanksiyalar altında olan Moskva-Ankara mehriban-düşmən ölkələr bu coğrafiyada əməkdaşlığa məcburdurlar. Bu, bir müddət təzyiqlərə hazır olmağımıza, dözməyimizə ehtimal verir. Çünki münaqişə Qərbin iştirakı olmadan həll edildi, 10 noyabr bəyanatında ABŞ və Avropa təcrid edildi, küskün vəziyyətdə buraxıldı.
. Anaxeber.info
  Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar