Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Baydenin komandasına yaşıl işıq yandırıldı

24-11-2020, 10:07   

ABŞ Prezidenti Donald Tramp administrasiyası noyabrın 23-də yeni prezident seçilmiş Co Baydenin komandasına keçidin başlanmasını təsdiqləyib. Bu, seçkidən üç həftə sonra baş verir.
Tramp yenə də seçkini uduzduğunu elan etməyib, ancaq deyib ki, federal agentliyin keçidə başlamasına razılaşıb.
Bundan öncə Ümumi Xidmətlər Administrasiyasının rəhbəri Emili Mörfi Baydenə bildirib ki, 20 yanvar andiçməsinədək onun keçid prosesinə rəsmən start verilə bilər.
“Ölkəmizin maraqları naminə Emili və komandasına ilkin protokallarla gərəkəni etmək tövsiyəsi vermişəm, öz komandama da eyni işi görməyi tapşırmışam”, – Tramp Twitter-də yazıb.

Artıq Baydenin komandası federal agentliklərə çıxış əldə edəcək, rəsmilərlə kommunikasiya quracaq, rahat keçidin təminatı üçün büdcə puluna çıxışı olacaq. Bundan başqa Bayden və Vitse-prezident seçilmiş Kamala Harris Trampın aldığı milli təhlükəsizlik brifinqlərini alacaqlar.
Keçidin yubanmasına görə demokratlar və respublikaçılar Tramp administrasiyasına təzyiq göstərirdilər.
Seçkidən sonra Tramp Amerika tarixində görünməmiş addım atıb, seçkinin nəticələrini mübahisələndirib, seçkidə saxtakarlıqla bağlı əsassız iddialar səsləndirib və uğursuz məhkəmə iddiaları qaldırıb.
***
Miçiqan ştatı da Baydenin qələbəsini təsdiqlədi
ABŞ-da Miçiqan ştatının rəsmiləri prezident Donald Trampın seçki nəticələrinin rəsmiləşdirilməsinin qarşısını almaq üçün göstərdiyi misilsiz cəhdlərə baxmayaraq demokrat namizəd Co Baydenin bu ştatda qalib gəldiyini bəyan ediblər.

Miçiqanın tərkibində iki respublikaçı və iki demokrat olan Dövlət Seçki Şurası Noyabrın 23-də seçki nəticələrini təsdiqləyib və beləliklə, Bayden bu ştat üzrə 16 seçki kollegiyası səsinə sahiblənib.
Bu da xəbər verilir ki, şura üzvü olan bir respublikaçı səsvermədə bitərəf qalıb.
Seçki nəticəsinin ştat miqyasında təsdiqlənməsi adətən formal bir prosesdir, lakin builki seçkidə səsvermənin yekunlaşdırılması ölkə boyunca siyasi böhran yaradıb.
Miçiqan ştatında seçki nəticələrinin təsdiqlənməsindən əvvəl Tramp rəsmiləşdirmənin dayandırılması məqsədilə yerli seçki rəsmilərinə və respubblikaçı deputatlara birbaşa çağırış etmişdi.
Prezident Tramp və onun respublikaçı müttəfiqləri bir sıra başqa ştatlarda etdikləri kimi Miçiqanda da seçki fırıldağı və səssayma pozuntularının olduğu barədə əsassız iddialar irəli sürmüşdülər.
Tramp seçki kollegiyası səsləri üzrə Baydendən çox geridə qalsa da, 3 noyabr seçkisində rəqibinin qələbəsini qəbul etməyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar