Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiya sülhməramlılarını Moldovadan çıxarmayacağını deyir

28-11-2020, 09:22   


Rusiya tərəfi Moldovada prezident seçilmiş Mayya Sandunun Dnestryanıdakı Rusiya sülhməramlılarının bölgədən çıxarılması zərurəti barədə bəyanatının regionda tənzimləmə prosesini sarsıtmaq cəhdi kimi qiymətləndirir.
ANAXEBER.INFO xəbər verir ki, bu barədə RIA Novosti agentliyinin yazdığına görə bu bəyanatı noyabrın 27-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova verib.
Bundan əvvəl Sandu “Yevropeyskaya Pravda” qəzetinə müsahibəsindıə demişdi ki, Dnestryanı münaqişəsinin həlli üçün oradakı Rusiya sülhməramlıları çıxarılmalıdır.
Amma hazırkı moskvayönlü prezident İqor Dodon bu bəyanatı “ciddi səhv” adlandırıb.
Ümid bir gün lazımi geosiyasi vəziyyətin yaranacağına qalır
Mariya Zaxarova deyib:
"Biz bu bəyanatın Dnestryanı probleminin dinc tənzimlənməsi cəhdlərinin sarsıdılmasına yönəldiyini hesab edirik”.
O iddia edib ki, Dnestryanıdakı Rusiya qoşunları əməliyyat qrupu ilk növbədə oradakı Rusiya sülhməramlı kontingentinin bir hissəsidir:
"Xatırlatmaq istərdik ki, son 25 ildə regionda Rusiya sülhməramlılarının olması bu bölgədəki stabilliyi qoruyur, qan axıdılmasına imkan vermir və güllə səsləri eşidilmir”.
Moldovada yenicə prezident seçilmiş Sandu deyib ki, o ölkəsinin bütövləşməsi və separatçı Dnestryanının Moldovanın yurisdiksiyası altına qayıtması üçün bir gün lazımi geosiyasi şəraitin yetişəcəyinə inanır.
Sandu bununla belə bəyan edib ki, münaqişənin dinc yolla həllinə tərəfdardır.


Rusiya sülhməramlıları həm də münaqişə tərəfidir
O bildirib ki, tənzimləmənin hamı üçün məqbul variantı tapılmalıdır. Sandu vurğulayıb ki, Rusiya bu münaqişədə tərəf sayılmalıdır.
O Moldovanın nəvaxtsa federallaşacağını istisna etdiyini deyib.
Hazırda Dnestryanıdakı Rusiya əməliyyat qrupunda 1700 əsgər var. Bundan başqa daha 500 Rusiya əsgəri Kolbasnada sovet dövründən qalma silah anbarını mühafizə edir.
Moldova hökuməti Rusiya qoşunlarının ölkə ərazisindən çıxarılmasını dəfələrlə tələb edib.
15 noyabr seçkisində məğlub olmuş Dodon Rusiya qoşunlarının çıxarılmasına qarşıdır.
Krımın mənsubiyyəti barədə suala cavab verən Sandu deyib ki, yarımadanı Ukrayna torpağı hesab edir.
Rusiya Sovet İttifaqı dağılandan bəri sülhməramlı kimi yeritdiyi qoşunları indiyədək heç bir yerdən çıxarmayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar