Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ generalı:"Qərbin prosesə seyrçi qalması nəticəsində Rusiya Azərbaycana hərbi qüvvələrini yeritdi"

29-11-2020, 09:32   

ABŞ generalı Türkiyə və Azərbaycanı dəstəkləməyə çağırdı
ABŞ ordusunun Avropadakı keçmiş komandanı general Ben Hodges Brüsseldə yerləşən Euobserver saytında çox maraqlı yazı ilə çıxış edib.
General məqaləni Qarabağa Rusiya sülhməramlılarının daxil olması və bununla bağlı yaranmış vəziyyətə həsr edib.
ABŞ generalının bu məqalədə diqqəti cəlb edən bir fikri var: Rusiyanın regionda xüsusi fəallıq etdiyi bu dövrdə Türkiyə və Azərbaycana ABŞ və NATO ciddi dəstək verməlidir.
Məqalədə diqqəti cəlb edən çox mühüm bir mesaj da var - Hodges yazır ki, regionda yalnız Azərbaycan ərazisində Rusiya hərbçiləri yox idi, Qərbin prosesə seyrçi qalması nəticəsində Rusiya bu ölkəyə də hərbi qüvvələrini yeritdi.
General açıq şəkildə bildirir ki, yaşadığımız əsr boyunca bu regionda təhlükəsizliyin təmin edilməsində Qərbin stavka edə biləcəyi yeganə ölkə Türkiyə olduğundan, ABŞ və NATO bu ölkəyə hər cür dəstək verməlidir.
ABŞ generalı onu da qeyd edir ki, Qarabağ problemi Azərbaycanın suveren hüquqları çərçivəsində həll edilməlidir.

Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar