Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiya-Türkiyə İttifaqı dövləti? - EKS-SENATOR FƏRHAD ƏHMƏDOV SƏS-KÜYLÜ İDEYA İRƏLİ SÜRDÜ

3-12-2020, 09:25   


Rusiyanın eks-senatoru, Azərbaycan əsilli tanınmış iş adamı və xeyriyyəçi Fərhad Əhmədov rus KİV-lərinin səhfələrində növbəti müəllif məqaləsi ilə çıxış edib. Məqalədə müasir dünya düzəninin problemlərindən və yeni regional güc mərkəzlərnin formalaşmasından bəhs edilir. Müəllif özünün sosial-siyas baxışları və konseptual düşüncəsi ilə yeni yanaşma ortaya qoyur: regionun iki böyük dövləti Rusiya və Türkiyənin ittfaqının möhkəmləndirilməsi.
F.Əhmədovun bu konseptual baxışları Rusiya KİV-lərinvə geniş rezonans doğurub və Qərb ekspert cameəsinin diqqətini cəlb edib. Virtualaz.org həmin məqalənin tərcüməsini oxuculara təqdim edir:

Ötən həftələrdə Rusiya və Türkiyənin Cənubi Qafqazda uğurlu qarşılıqlı əməkdaşlığı həm dünyanın əsas oyunçuları, həm regionun ölkələri üçün gözlənilməz oldu. Bu növbəti dəfə göstərir ki, bəzi liderlər illüziyalar aləmində və onların özlərinin uydurduqları tarixdə yaşayırlar.
Rusiya və Türkiyənin bundan əvvəl onilliklər ərzində mühüm heç nəyin baş vermədiyi regionda uğuru diqqətli müşahidəçi üçün əslində gözlənilməz deyildi. Rusiya və Türkiyə bu uğura doğru çoxdandır irəliləyirdi. Biz bu əməkdaşlığın müəyyən mərhələsinn yekunlarının və onların qarşılıqlı fəaliyyətinin indiki dövrün özünün şərtləndirdiyi yeni erasının şahidi olduq.
SSRİ-nin dağılmasından sonra ikiqütblü dünyanın çöküşü yeni sabit qlobal təhlükəsizlik sisteminin formalaşmasına gətirib çıxarmadı. ABŞ-ın başçılıq etdiyi birqütblü dünya düzəni planetə təhlükəsizlik və ağlabatanlıq gətirmədi. Birləşmiş Ştatlar qlobal liderliyini sürətlə əldən verir, ona qarşı həm iqtisadiyyatda, həm siyasətdə çağırışlar meydana çıxır-bütün yeni qüvvələr və nüfuz mərkəzləri tərəfindən. Strateji qeyri-müəyyənlik, qüvvələr vakuumu, beynəlxalq strukturların yarımiflic vəziyyətində olması və dünya liderliyinə aparıcı iddiaçılar, eləcə də cinah mərkəzləri arasında artmaqda olan çatlar buradan irəli gəlir.
Yeni dövr-yeni çağırışlar
Bundan əlavə, bütün insanlığa qarşı getdikcə əvvəllər təsəvvürə gətirilməsi mümkün olmayan daha çox yeni təhdidlər yaranır, indiki koronavirus pandemyası da bunu göstərir. Biz dəqiq bilmirik ki, pandemiya haradan meydana çıxdı, əvəzində biz görürük ki, onun fəlakətli təsirləri hələ bundan sonra da aylarla özünü göstərəcək, ola bilsin illərlə davam edəcək. Hansı ki, hələ heç kim bu işin hara gedib çıxacağını təxmin edə bilmir. Bəla gələndə xəbərdarlıq etmədi, necə ki, indi pandemiyadan nə iqtisadi, nə siyasi çıxış yolları barədə yol xəritəsi yoxdur.

Putin və Ərdoğan qlobal çağırışlar və strateji qeyri-müəyyənliklər ərəfəsində
Pandemiya böhranı sürətlə kəskinləşdirdi və onsuz da formalaşmamış qlobalizmin faktiki dağılmasına gətirib çıxardı, onun yerinə artıq regionalizm gəldi. Dünya dəyişdi, elə biz özümüz də. İndi biz hamımız heç  də qlobal deyil, regional düşünməliyik. Qloballaşmanın uca qəsrlərindən regional fəaliyyətlərə və addımlara keçməliyik, hansı ki, əslində bu qloballaşma öz bərabərində bitib-tükənməyən və həllini tapmayan problemləri də gətirmişdi.
Hər ölkə, hər xalq öz yaşam yolunu, öz mövqelərini qoruyub saxlamağın və möhkəmləndirməyin çarəsini özü müstəqil axtarıb tapmalıdır. Seçim böyük deyil. Artıq ən yaxın vaxtlarda ölkələrin əksəriyyəti ya iri dünya dövlətlərindən birinin orbitinə daxil olmağa məcbur olacaq, ya da növbəti “qeyri-sabitlik zolağının” tərkib hissəsinə çevriləcək.
Lakin başqa çıxış yolu da var-qeyri-standart, tarixi və sivilizasiyalı əlaqələr axtarıb tapmaq, hansı ki, inkişafın yeni istiqamətində nəinki yaşamın, sağ qalmağın açarı ola bilər, eləcə də formalaşmaqda olan qlobal düzəndə öz layiqli yerini tapmaqda kömək edər. Bu yolla məsələn, ABŞ tərəfindən sərt rəqabətlə qarşılaşan Çin getdi və “Böyük İpək Yolu”nu dirçəldərək min illərdən sonra sivilizasiyalı “ekspansiya”nı bərpa etdi.
Belə olan halda Avrasiya ölkələrini nə gözləyir? Ya “qaçılmaz olana tabeçilik”, ya da özündə birləşmək üçü, yeni güc mərkəzləri yaratmaq üçün potensial axtarıb tapmaq.

Pandemiya qlobalizmin dağılmasını daha da sürətləndirdi
Rusiya və Türkiyə-oxşarlıqlar fərqlərdən çoxdur
Türkiyə və Rusiyanı götürək. Yüzilliklər ərzində onlar güclü yarımetnik və çoxkonfessiyalı imperiyaların mərkəzləri olublar, öz ətraflarında etnik və dini baxımdan bir-birindən fərqlənən xalqların yaşadıqları geniş əraziləri birləşdiriblər. Hər iki imperiyanın sistemyaradıcı özəllikləri XX əsrə qədər dini olub-pravoslav və islamın sünnü təriqəti. Hansı ki, həmin dövrdə onların qızğın rəqabətini qaçılmaz edirdi və on iki (!) müharibəyə gətirib çıxarmışdı.
XX əsrdə bu imperiyaların hər ikisi, hərəsi öz zamanında xarici düşmən təsirlərin nəticəsində dərinləşən daxili ziddiyyətlərin təsiri altında dağıldı, amma sistemformalaşdırıcı mərkəzləri olan sahələri qoruya bildilər. Keçmiş imperiyaların qalan ərazilərində isə onlarla yeni dövlətlər meydana çıxdı.
XXI əsrin əvvəllərində həm Rusiya, həm Türkiyə daxili çətinlikləri dəf edərək daha çox müstəqil kurs götürməyə başladılar, keçmiş Rusiya və Osmanlı imperiyasının ərazilərinə artan təsirlər göstərdilər. Hər iki ölkə bu kursu həyata keçirərkən artan müqavimətlə qarşılaşır. Bu müqavimətin mənbəyi ABŞ və Avropa İttifaqıdır, onlar özlərinin yaratdığı sərfəli status quo-nun dəyişdirilməsinə qarşı çıxmağa çalışırlar və dünyada həm Rusiyanın, həm Türkiyənin təsirinin artması ilə barışmaq istəmirlər.

Rusiya və Türkiyə-tarixi qarşıdurmadan sivilizasiyalı fenomenə doğru
Hələ ki Rusiya və Türkiyənin möhkəmlənməsinə qarşı müqavimət qismən məhdud, dolayı xarakter daşıyır. Lakin ABŞ və Avropa İttifaqının öz hərəkətlərini fəal koordinasiya etməsi halında Moskva və Ankara seçim qarşısında qalacaq-onlara biçilən ikinci dərəcəli rolla barışmaq, ya da əks oyun variantları axtarmaq.
Rusiya və Türkiyənin ikitərəfli münasibətlərinin tarixçəsində onların qarşılıqlı fəaliyyətinin potensialının xarici təzyiqlərə qarşı istifadə edilməsi nümunələri var (1920-ci illəri xatırlayaq). Bununla belə aydındır ki, XXI əsrdə həm Rusiya, həm Türkiyə öz mill-mədəni kodlarının əsas xarakteristikalarını saxlamaqla onların əlaqələrinin inkişafında maneə kimi mövcud olan konfessional fərqlər problemini zəiflədiblər. Bundan əlavə, tarixi dəyərlərə sədaqət hər iki ölkədə güclüdür, bu dəyərlər isə indi onları ayırmır, əksinə, yaxınlaşdırır. Dəf edilməsi mümkün olmayan maneə yoxdur. Bunu İsrailin və Fars körfəzi ölkələrinin nümunəsi də bir daha sübut edib. Dini baryerlər bizim ancaq beyinlərimizdədir. Allah isə təkdir.
Lakin mövcud şərtlərdə Cənubi Qafqaz kimi bölgədə təkvə situativ əməkdaşlıq və qarşılıqlı dəstək artıq yetərli deyil. Qabaqlayıcı əks oyun lazımdır. İstənilən millətin, xalqın və onun liderlərinin uğurunun ölçüsü cari qanunauyğunluqlardan və təsadüflərdən ortaya çıxan tarixi şansdan istifadə etmək bacarığındadır.

Rusiya-Türkiyə ittifaqı bütün Yaxın Şərqi dəyişdirəcək...
Hər iki dövlətə təzyiqlər artır, bu təzyiqlər getdikcə daha sərt və amansız olur. Xarici qüvvələri hər iki ölkənin nəinki müstəqil kursu, eləcə də fərdi olaraq onların liderləri qane etmir. Hərçənd çoxillik hakimiyyətləri ərzində onlar öz vətəndaşlarının böyük əksəriyyətinin dəstəyini qazanıblar.
Aydındır ki, Rusiya və Türkiyəni üzdəniraq-dövlətlərə çevirmək ümidləri onların rəhbərləri devirmək cəhdləri kimi hədərdir. Bu cür məqsədlərin reallaşması üçün inadkarlıq onların daha da yaxınlaşmasına və iki ölkənin səylərinin birləşdirilməsinə gətirib çıxara bilər. Hansı ki, artıq belə nəticələr var.
Belə yaxınlaşma artıq bütün istiqamətlərdə inkişaf edir. Milyonlarla rusiyalı üçün Türkiyə ikinci evə çevrilib. 2019-cu ilin yekunlarına görə Türkiyəni 18 milyon Rusiya vətəndaşı ziyarət edib. Birgə nigahların sayı yarım milyonu keçib. İqtisadiyyatda əlaqələr, o cümlədən qaz və atom enerjisi sahəsində əməkdaşlıq möhkəmlənir. Terrorçuluqla birgə mübarizə, Suriyada nizamlama və stablizasiya işində, qabaqcıl hərbi texnologiyalarda əməkdaşlıq formalaşıb. Sadalanan istiqamətlər baxımından qarşılıqlı əlaqələr mahiyyətcə müttəfiqlik səviyyəsinə qalxır.
Belə fonda hətta Türkiyə ilə Rusiya arasında ilk baxışdan mürəkkəb görünən məsələlər (məsələn, Suriya, Liviya və ya  Qətərdən Türkiyəyə qaz kəmərinin çəkilməsi) sonda özünün uğurlu həllini tapır.
İttifaq dövləti-lehinə və əleyhinə
 Lakin artıq əldə olunanla kifayətlənmək olmaz, irəliyə getmək lazımdır. Hara? Cavab sadədir və hətta qanunauyğundur, hərçənd gözlənilməz səslənir-gündəmdə ikitərəfli formatın institutlaşdırılması dayanır. Həyat özü Rusiyanı və Türkiyəni hətta müttəfiqlik münasibətləri deyil, iki dövlətin İttifaqını formalaşdırmağa məcbur edir. Müvəqqəti alyans kimi İttifaq deyil, İttifaq dövləti, əsl İttifaq.

Neoosmançılıq təkcə tarixin harayı deyil, həm də keçmişdəki qüdrətin qaytarılmasıdır. Türkiyə ilə NATO-nun yolu üst-üstə düşmür
 
Şübhəsiz ki, həm aşkar, həm uydurma əks-arqumentlərlə bu ideyanı elə kəndardaca rədd etmək asan işdir. Həmişə yadda saxlamaq lazımdır ki, yolu gedən gücləndirir. Elələri  ki hərəkətsiliyinə bəraət axtarmır, qarşıya qoyulan hədəfə yol tapır.
Tarix iki dövlətin ittifaqının yaradılmasına dair bir neçə cəhd nümunəsini yadda saxlayır. Onların demək olar ki, hamısı uğursuzluqla nəticələnib. Lakin bu dayanmağa əsas vermir. İttifaq dövləti tamamilə qabiliyyətlidir, bir şərtlə ki, onlar öz miqyaslarına görə bir-biri ilə müqayisə oluna bilən iki dövlətdən formalaşıb. Belə ittifaqda onun hər iştirakçısı öz müstəqilliyini, öz identikliyini qoruyub saxlayır. Söhbət bir dövlətin digərini “udmasından” deyil, onların qarşılıqlı fayda naminə birliyindən və çuğlaşmasından gedir. İttifaqın əsasında sağlam praqmatizm, birgə maraqların toplusu, yekunda maksimal effektə gətirib çıxaracaq potensialların cəminin formalaşması dayanacaq. Başlıcası odur ki, inam, etimad və ümumi maraq olsun, hansılar ki, indi bunu sinergiya adlandırırlar. Rusiya və Türkiyənin potensialının birləşməsi məhz belə effekt verə bilər.
Söhbət milyonlarla insandan, minlərlə kvadrat kilometr ərazidən, sahilləri yuyan dənizlərdən (Xəzəri saymasaq onların sayı 14-dür) və hətta iqtisadi, hərbi potensialdan getmir. Söhbət ondan gedir ki, Avropa və Asiyanın sərhədlərində iki ölkənin, ərazilərində tarixən iki qitənin qarşılıqlı əlaqələrinin mövcud olduğu ölkələrin İttifaqı meydana çıxır.
Avropa və Asiyanın qarşı-qarşıya qoyulması əqli konstruksiyaların nəticəsidir. Minlərlə illər ərzində insanlar, mallar və ideyalar təxəyyül edilən qitələr sərhədlərini istənilən istiqamətlərdə adlayıb keçiblər. Lakin sivilizasiyalararası ziddiyətlər stereoptipləri  və uydurma konstruksiyalar şüurlarda elə dərin kök salıb ki, onlar çoxdandır öz həyatlarını yaşamaqdadır.
Türkiyə-Rusiya İttifaqının yaradılmasının nəticəsi çoxqütblü dünyanın yeni güclü mərkəzinin formalaşması ola bilərdi. Artıq formalaşmış mərkəzlər-ABŞ və Avropa İttifaqı, Çinlə yanaşı dördüncü mərkəz olardı. Onun adı hələ doğulmalıdır, amma indidən aydındır ki, bu mərkəz bir-brləri ilə qarşılıqlı bağlı olan Roma, Vizantiya, Osmanlı və Rus ənənələrinin yenidən doğulmuş və yenilənmiş varisi olacaq. Yeni əsasda o proqressin, təhlükəsizliyin, çiçəklənmənin, stabilliyin və ağlasığanlığın nümunəsinə çevriləcək.
Məndə əminlik var ki, bu birliyin impulsları  təkcə postsovet məkanında deyil, bütün regionda ən mürəkkəb və ən köhnə münaqişələrin də həllinə xidmət edəcək. Xüsusən də artıq indidən aydındır ki, iki keçmiş imperiyanın təsir məkanında münaqişələr ancaq Rusiya və Türkiyənin qarşılıqlı konsensusunun mövcudluğu halında həll edilə bilər.
 Öz özlüyündə “artıq bölüşdürülmüş dünyada”  belə köklü yenidənqurma güclü müqavimətlə qarşılaşmaya bilməz. Hamı müqavimət gösərəcək-ABŞ, Avropa, Çin, İran, Ermənistan. Digər maneələr də olacaq.
Türkiyənin indiki NATO üzvlüyü ayrı məsələdir. Hələ irəliyə qaçmaq tezdir, amma Şimali Atantika müqaviləsinə əsasən istənilən üzv ölkə bu alyansdan sadəcə olaraq ABŞ hökumətinə nato göndərməklə çıxa bilər. Belə olan halda alyansdan çıxma proseduru bir ilə tamamlanacaq.

İstənilən halda belə qərarı Ankara lehinə və əleyhinə olan bütün arqumentləri diqqətlə ölçüb biçəndən sonra özü qəbul edəcək. Lakin 1949-cu ildə bağlanmış müqavilə açıq-aşkar Türkiyənin indiki maraqlarına cavab vermir, çünki əvəzində heç nə almır, hələ onu demirik ki, NATO-ya üzvlük Türkiyənin Avropa İttifaqına üzvlüyünü heç cür asanlaşdırmır. Onu Avropa İttifaqının qarşısında on illərdir “kətilin üstündə” oturdub gözlədirlər.
Mənim bu məsələ ilə bağlı Türkiyədəki son təmaslarım ölknin siyasi dairələrinin Rusiya ilə sonrakı yaxınlaşmada ciddi maraqlı olduğunu təsdiqləyir. Bu yaxınlaşma həm iki ölkənin, həm bütün regionun maraqlarına xidmət edir. Tarixi prosesin məntiqi Avropa və Asiyanın kəsişməsində sivilizasiya, siyasi, iqtisadi və mədəni boşluğun doldurulmasını tələb edir. Burada region ölkələrini və ərazilərini inkişaf yoluna çıxardacaq impulslar heç vaxt olmadığı kimi zəruridir.
Hazırda iki dövlətin rəhbərləri öz liderliklərini möhkəmləndiriblər, xalqlarının dəstəyinin aşkar əlamətlərini görürlər və elə məqam yetişir ki, onlar qarşılarına görünməmiş tarixi vəzifəni qoya bilərlər və bunu etməlidirlər. Bu vəzifə iki ölkənin, regionun, qitələrin və bütün dünyanın xalqlarının tarixində yeni səhifə açmaqdan ibarətdir.
Əgər indi həlledici addım atılmasa nəinki bizim ölkələrimiz, eləcə də bütün region hazırda insanlığın üzləşdiyi tektonik sürüşmələr erasına qədəm basmaq riski ilə üzləşəcək, dünya proseslərinin, yeni sivilizasiyanın kəndarında qalacaq.
Bunu başa düşməyin vaxtıdır ki, bizim region üçün nə Avropa, nə Çin, nə ABŞ xilas yolu deyil. Biz onlar üçün yadıq, hansı ki, ən yaxşı halda bizimlə hissə-hissə udana qədər aralıda saxlamaq lazım olan qaçılmaz şər qüvvə kimi barışmağa hazırdırlar.
Hamıdan güclü olduğumuz barədə görüntü yaratmağa son qoymağın vaxtıdır! Hamıdan güclü olmağın vaxtıdır!
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar