Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

'Qarabağda yaranmış gərginliyin arxasında Rusiya dayanır'

17-12-2020, 10:01   


“Rusiya bura sülh yaratmaq üçün gəlməyib” – İqbal Ağazadə Ümid Partiyasının sədri İqbal Ağazadə gündəmin aktual məsələsi olan Qarabağdakı gərginliklə bağlı ANAXEBER.infoun suallarını cavablandırır: -Qarabağa yerləşdirilən Rusiya sülhməramlıları kontigentinin həqiqəti əks etdirməyən xəritələr yayması sizcə nəyin təzahürüdür? -Rusiya sülhməramlılarının bu addımı nəbz yoxlanışı idi. Mən həmişə demişəm ki, Rusiya buraya sülh yaratmaq üçün gəlməyib. Çünki sülh olan yerdə Rusiyaya ehtiyac qalmır. Təsəvvür edin ki, ermənilərlə azərbaycanlıların münasibətləri normallaşıb, hər şey qaydasındadır və problemləri özləri həll edə bilirlər. Bu zaman Rusiya sülhməramlılarına ehtiyac qalmır. Rusiya da bunu anlayır. Amma tərəflər arasında kəskin qarşıdurmanın olması Rusiya sülhməramlılarının orada olmasını şərtləndirən amildir. Ona görə də Rusiya həmişə vəziyyəti gərginləşdirməyə xidmət edən addımlar atacaq. Çalışacaq ki, gah o tərəf, gah da bu tərəf üçün gərginlik yaransın. Hesab edirəm ki, burada qəribə nəsə axtarmağa ehtiyac yoxdur. -O zaman belə düşünmək olar ki, Qarabağda yaranmış gərginliyin arxasında Moskvanın dayanması barədə mülahizələri bölüşürsünüz... -Bəli. Qarabağda yaranmış gərginliyin arxasında həm də Rusiya dayanır. Bayaq qeyd etdiyim kimi məqsəd həm region ölkələrinə, həm də dünyaya rus qoşunlarının Qarabağa yerləşdirilməsinin vacibliyini şərtləndirən prinsiplərin ortada olduğunu nümayiş etdirməkdir. Əks təqdirdə, yəni, hər şey öz axarınca getdiyi halda rus qoşunlarının Qarabağda olmasına ehtiyac qalmır. Ona görə də biz zaman-zaman belə gərginliklərin şahidi olacağıq. Amma Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən geri çəkilməsi, yaxud buna məcbur edilməsi mümkün deyil. Çünki Azərbaycan bu məsələdə israrlıdır. Həm də prosesdə Türkiyə var və inanmıram ki, Ankara masada Azərbaycanın mövqeyini Rusiyaya güzəştə getsin. -Bu arada Rusiya sülhməramlılarının ümumiyyətlə bölgədən çıxarılması gündəmə gəlib. Sizcə, bunu reallaşdırmaq mümkündürmü? - Ruisya sülhməramlılarının bölgədən çıxarılması hələlik mümkünsüz görünür. Əvvəla, Azərbaycan, Rusiya və Ermənistan arasındakı 9 noyabr bəyanatı 5 illik imzalanıb. İkincisi, təcrübə göstərir ki, Rusiya daxil olduğu regionlardan sadə mexanizmlərlə çıxmayıb. Biz prosesləri addım-addım həyata keçirməliyik. Qələbimiz şərtləndirən siyasi addımların atılmasına çalışmalıyıq. Bu gün bizim qarşımızda təkcə Rusiya sülhməramlıları deyil, həm də böyük güclər dayanır. Onları öz tərəfimizə çəkməliyik. Bu istiqamətdə addımlar atmalıyıq. Onlarla münasibətlər sistemini doğru-dürüst  müəyyənləşdirəndən sonra artıq Rusiyaya tərəf kimi biz yox, iri dövlətlərin, beynəlxalq təşkilatların  olmasını şərtləndirən siyasət yürütməliyik. Rusiya ilə təkbaşına üz-üzə dayanacağıqsa çətin olacaq. Amma aparıcı ölkələr, beynəlxalq əşkilatları prosesə cəlb edəcə biləcyiksə, sülhməramlıların bölgədən çıxarılması yaxın 5 ildə mümkün ola bilər. Azərbaycanın doğru-dürüst siyasət yeridəcəyi halda bu mümkündür. -Rəsmi Bakının baş verənlərə reaksiyasını adekvat hesab etmək olarmı? -Açığı, rəsmi Bakının addımları ilə ictimaiyyətdə o qədər də geniş məlumat yoxdur. Bakı bu məsələni hakimiyyətə yaxın qüvvələrlə bunu müzakirə etməyə çalışsa da, rəsmi məlumatlar bizə gəlib çatmır. Bizə məlum deyil ki, alt yapıda danışıqlar aparılır, ya yox. Tərəflərin hansı mövqe sərgilədiyi, Rusiya sülhməramlıların qarşısına Azərbaycan tərəfdən kimlərin çıxdığını bilmirik. Ona görə də qiymət vermək mümkün deyil. Yeri gəlmişkən, hesab edirəm ki, bu məsələ ayrı-ayrı qurumların təmsilçilərinə həvalə edilməməlidir. Hesab edirəm ki, Prezidentin şəxsi nümayəndəsi təyin olunmalı və danışıqlarda məhz o iştirak etməldiri. Yəni, danışıqlar mərkəzləşdirilmiş şəkildə aparılmalıdır. -Qarabağda yenidən müharibənin alovlanacağı barəd ehtimallar irəli sürülür. Sizcə, yeni eskalasiya başlaya bilərmi? -Qarabağda müharibənin yenidən alovlanacağını düşünmürəm. Rusiya bunu istəmir. Rusiyada orada olduğu müddətdə müharibənin baş verməməsi üçün hər şey edəcək. Çünki Qarabağda müharibənin alovlanması həm bölgədə sülhün qarantı olmalı olan Rusiyanın nüfuzuna ciddi zərbədir, həm də bu, digər ölkələrin prosesə müdaxiləsinə imkan yaradacaq. Rusiya istəyir ki, regionda kənar qüvvələr prosesə qarışmasınlar. Ona görə də mühabirə ehtimalı azdır. İstər Azərbaycan, istərsə də, Ermənistan Rusiyanın bu niyyətini bildiyinə görə ona aadımlarını ona uyğunlaşdırır. Rusiya sadəcə ayrı-ayrı məqamlarda vəziyyəti gərginləşdirməyə çalışacaq. Bunun fonunda haəm vacibliyini, həm də rolunu sübut etməyə çalışacaq.
ANAXEBER.info
Turan
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar