Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Şuşalı qızı Qarabağ qazilərinə necə qənim kəsilib? - Abşeron “kraliçası”nın dosyesi... - VIDEO

22-12-2020, 09:49   



İradə Gülməmmədova 30 sentyabr 1962-ci ildə Şuşa şəhərində anadan olub. Onun 30 yaşı olanda - 1992-ci ildə doğma şəhəri işğal edilir. 
2020-ci il, 30 sentyabrda isə Azərbaycan Ordusu onun yurdu Şuşanı azad etmək istiqamətində şərəfli, ağır mübarizəni davam etdirirdi. 
İndi o, Şuşadakı evinə də qayıda bilər, orada özünə villa da tikdirə... Şuşalı xanıma buna görə “gözün üstə qaşın var” deyən olmaz. Çünki haqqıdır, öz doğma vətəni erməni əsarətindən qurtulub.
Anaxeber.info bildirir ki, İradə xanım özü ona məxsus olmayan, ata-baba yurdu sayılmayan Abşeron rayonunda isə bir adama ev tikməyə, yurd-yuva sahibi olmağa imkan verməyib. Deyə bilərsiniz ki, kimdir bu İradə xanım?
Həəə, bax, bu yerdə deməliyik ki, şuşalı İ.Gülməmmədova Abşeron rayon icra başçısıdır. O, ölkədə yeganə xanım İH rəhbəridir. 
Vəzifə başında olduğu bu illər ərzində isə elə işlər görüb ki, mətbuat onu “firon”, “kraliça” kimi xarakterizə edir. Bu haqda az sonra...
O ki qaldı Abşeronda bir adama ev tikməyə aman verməməsinə, daha doğrusu, hər kəsə bu imkanı verib, sadəcə, nümayəndələri vətəndaşın qanını sorublar. 
Ancaq yenə də Azərbaycan reallıqlarını başa düşmək olar, ölkədə rüşvət sistemin döyünən ürəyidir. Bəs, Qarabağ əlilinin evini sökdürməyə, Qarabağ qazisinin evinin qapısını döyməməyə nə deyirsiniz? 

Qazi evinə bələdiyyə sədrindən dilənçi payı

İ.Gülməmmədova işğalın acılarını, müharibənin əzablarını, yaralı əsgərin, gözünü, ayağını itirmiş qazinin, Qarabağ əlilinin, şəhid ailəsinin müsibətlərini bütün məmuriyyət korpusundan daha dərindən hiss etməlidir. Çünki o, ölkənin mənəvi sütunu olan Şuşadandır və bu şəhəri igidlərimiz dişi-dırnağı, bıçaqlaşaraq azad ediblər.
Bu məsələni bizim üçün aktuallaşdıran səbəb Vətən müharibəsinin qazisi Əyyamzadə Ülvi Hikmət oğlu və ailəsinin Abşeron rayon icra başçısı İradə Gülməmmədovanın laqeydliyindən şikayətlənməsi oldu.
Qazi ailəsi bildirmişdi ki, İH rəhbəri bir dəfə qapımızı döyməyib. Bu məsələ ictimailəşəndən sonra iki bağlama əlində Mehdiabad bələdiyyə sədri qazimizə baş çəkməyə gedib. 
Amma bu oğulu dünyaya gətirən ana gətirilən sovqatı qəbul etməyib. Abşeronun “kraliça”sında hikkəyə, biganəliyə, eqoistliyə bax ki özü qazinin qapısını açmayıb, bələdiyyə sədrindən dilənçi payı göndərib. 
Sonra yadımıza düşdü ki, bu, İ.Gülməmmədovanın köhnə adətidir. O, Abşeron rayonunda hər zaman Qarabağ qazilərinə qənim kəsilib.
Gəlin, birlikdə tarixə ekskursiya etməklə aydınlaşdıraq ki, II Qarabağ savaşının qazisi Ü.Əyyamzadəyə icra başçısının ögey, biganə münasibəti haradan qaynaqlanır. 

Başçının qoçuları iki Qarabağ əlilini niyə döyür?
[media=https://www.youtube.com/watch?v=u5QBP-ItVcU&feature=share&fbclid=IwAR3HIG1D53nSmh21HoVlnAJTY0fNqtxNEFZ7z4j64FMGVz6hcnLXNdG5Pko]


İl 2018. Qarabağ veteranı Fuad Əkbərov Fatmayı qəsəbəsində pul vermədiyi üçün Abşeron İH qoçuları tərəfindən qanına qəltan edilir.
O, üzləşdiyi qanunsuzluğa etiraz olaraq tikdiyi evə od vurub yandırır. Sonra iş böyüyür, səs-sədası İ.Gülməmmədovanı qorxuya salır. 
Onu çağırıb hansısa formada razı salırlar, ardınca təzyiq altında dediklərini geri götürməli olur, video çıxışında medianı suçlayır.
Olsun, təki Qarabağ əlilinin ev problemi həll edildi. Amma Qarabağ, Şuşa üçün döyüşənlərin şuşalı xanım məmur üçün dəyərinin qara qəpik olduğu sübut edildi. Amma iş bununla yekunlaşmır.
Yaxın keçmişə nəzərə salanda məlum olur ki, Abşeronun “sultanı” bu dəfə Qarabağ əlili Səyyaf Bayramovu döydürüb. 
Qarabağ əlili video müsahibəsində İ.Gülməmmədovanın əmri ilə qanına qəltan edildiyini söyləmişdi. Onun sözlərinə görə, kanteyneri dağıdılıb, yaşamağa bir sığınacağı yoxdur və evsiz-eşiksiz qalması ilə bağlı etdiyi müraciətin axırında icra başçısı tərəfindən cəzalandırılıb. 
Bu tarixi faktlar sübut edir ki, nə üçün Vətən müharibəsinin qazisi Ülvi Əyyamzadəyə və ailəsinə İ.Gülməmmədova tərəfindən belə etinasızlıq göstərilib. Hələ bu azmış kimi, təhqiramiz münasibət sərgiləyərək hansısa bələdiyyə sədri vasitəsilə evinə iki qutu sovqat yolladır. 
Halbuki, həmin ailə maddi cəhətdən heç bir ehtiyacı olmadığını, sadəcə, vətən üçün döyüşən övladlarına yerli rəhbərlikdən diqqət, qayğı gözləmişdi. Çünki bu insanların gözü yoldadır, təşəkkürə, xoş sözə acdırlar, yeməyə yox... Və bunu ilk növbədə bir şuşalı qızı etməliydi.
Çox təəssüf ki, biz İradə xanımdan bu nümunəvi addımı, ibrətamiz hərəkəti görmədik, görsəydik təqdir edər, tərifləyərdik. Hərgah, təqdirə gərək yoxdur, bu, məmurların, icra başçılarının borcudur. 
Ümumiyyətlə, əksər İH rəhbərləri şəhid ailələrinə, qazilərə münaibətdə özlərini çox pis aparır. Bundan dövlət rəhbərliyi də artıq məlumatlıdır.
Hətta deputat Vahid Əhmədov da bildirmişdi ki, icra başçıları təzədən başlayıblar, yenə heç bir dərs çıxarmayıblar. Biz bunun bariz nümunəsini Abşeron İH rəhbərliyinin timsalında görürük. 
İ.Gülməmmədova isə bu qədər tənqidlərə baxmayaraq, öz şəstini davam etdirir, qazilərə qarşı laqeydliyindən qalmır. Hansı ki Abşeron rayonunda neçə şəhid ailəsi və qazi olduğunun siyahısını tərtib etmək çətin deyil. Bu işləri görməklə həm özünə nüfuz qazanmış olar, həm dövlət rəhbərliyi qarşısında etimadını doğrultmuş olar. 
Anaxeber.info
Turan





 





 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar