Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İcra başçıların “prokuror balaları”

16-01-2021, 10:26   

Baş Prokurorluq İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyevin yenidən vəzifəyə təyin edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Baş Prokurorluğun Mətbuat xidməti media nümayəndələrinə bildirilib ki, Baş prokurorun əmri ilə sərəncamda olan Məhəmməd Hacıyev Qubadlı rayon prokurorluğunun müstəntiqi təyin olunub. Xatırladaq ki, ötən il mayın 5-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmiləri İmişli Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra Baş prokuror Kamran Əliyev müvafiq əmrinə əsasən, Məhəmməd Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru vəzifəsindən azad olunub.
Eyni zamanda, diqər rayonun, Ağstafanın İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev Prokurorluq orqanlarında yeni təyinat alıb. Baş Prokurorluğun Mətbuat xidmətindən media nümayəndələrinə bildirilib ki, Baş prokurorun müvafiq əmri ilə sərəncamda olan Ramal Quliyev Quba rayon prokurorunun köməkçisi təyin olunub. Qeyd olunmalıdır ki, Ramal Quliyev əvvəllər Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olub, lakin özünün müraciəti əsasında Baş prokurorun müvafiq əmri ilə tutduğu vəzifədən azad olunub.
Diqər rayonun, Samuxun icra başçısı Alı Qocayevin oğlu Mehman Qocayev də prokurorluq orqanlarında “çalışırdı”, lakin prokurorluqdan media nümayəndələrinə bildiriblər ki, Mehman Qocayev tutduğu vəzifədən azad olunub. Lakin, qanuna görə o, işdən çoxdan azad olunmalı idi. Ona görə ki, Mehman Qocayevin Türkiyə, BƏƏ-də, Rusiyada və diqər ölkələrdə biznesləri var və adam faktiki olaraq iş adamıdır.

Sosial mediada müzakirələr gedirdi ki, milli qanunvericilik dövlət qulluğunda çalışan şəxslərə biznes fəaliyyəti ilə məşğul olmağı qadağan edir. Prokurorluq orqanlarını isə lağa qoymuşdurlar, ona görə ki, gülməli vəziyyət yaranıb. İcra başçısının oğlu Mehman Qocayev kənarda rəsmi iş adamıdır və təkcə Turkiyədə 20 milyonluq sərmaye etdi. Bakida isə prokurorluqda işləyir… Bu fakt Zakir Qaralovun və prokurorluqun imicinə çox pis təsir etdi. Mehman Qocayevin qaynatası Oqtay Əsədovdur. Qeyd olunmalıdır ki, Əsədovun Moskvada məlum bizneslərin ortaya çıxmasının Azərbaycan parlamentinin buraxılmasına səbəb oldu. “Özünü buraxmış” keçmiş spikerin hakimiyyətin qarşısında diqər böyük günahları da üzə çıxdı. Xatırladaq ki, yeni spiker Sahibə Qafarova Parlamentdə böyük kadr təmizləmə işini apardı və hal-hazırda Milli Məclisin imicini bərpa edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar