Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qərb Navalnının saxlanmasını pisləyir

18-01-2021, 11:48   





Navalnı ötən avqustda Sibirdə zəhərlənəndən sonra müalicə aldığı Almaniyadan Moskvaya qayıdarkən aeroportda saxlanıb
Birləşmiş Ştatlar rusiyalı müxalifətçi Aleksey Navalnının Almaniyadan Moskvaya qayıdarkən saxlanmasını pisləyib.
Dövlət katibi Mayk Pompeo yanvarın 17-də bəyanatında Kremlin tənqidçisini “dərhal və qeyd-şərtsiz buraxmağa” çağırır. O, “problemin Navalnıda olmadığını” deyib.
Pompeo müxalifətçinin saxlanmasının “dərin narahatlıq” doğurduğunu deyərək bunu “Navalnı və Rusiya hakimiyyətini tənqid edən digər müxalifətçi və müstəqil səsləri susdurmaq cəhdi” adlandırıb.
Navanlı Berlin-Moskva təyyarəsində, 17 yanvar 2021


Dövlət katibinin sözlərinə görə, özünə inanan siyasi liderlər “rəqib səslərdən qorxmurlar, siyasi opponentlərinə qarşı zorakılıq etmir, onları qanunsuz saxlamırlar”. O, Rusiya hökumətini bütün siyasi tərəflər və namizədlər üçün bərabər oyun meydanı təmin etməyə səsləyib.
Pompeo deyir ki, Rusiya xalqı ideyaların açıq mübadiləsini, şəffaf və hesabatlı idarəçiliyi dəstəkləyən hökumətə layiqdir.
Bayden administrasiyası da bəyanat verib
Yanvarın 17-də yeni prezident seçilmiş Co Bayden administrasiyası Navalnını dərhal buraxmağa çağırıb, “onun həyatına biabırçı hücumun arxasında duranların məsuliyyət daşımalı olduğunu” söyləyib.
YouTube-da A.Navalnının etiraz aksiyasına çağırdığı video, arxiv fotosu
“Kremlin Navalnıya hücumları sadəcə insan haqları pozuntusu deyil, səslərinin eşidilməsini istəyən Rusiya xalqının da ziddinə getməkdir”, – Bayden administrasiyasında milli təhlükəsizlik müşaviri vəzifəsini icra edəcək Ceyk Salivan tvitində yazıb.
Navalnı ötən avqustda Sibirdə zəhərlənəndən sonra müalicə aldığı Almaniyadan Moskvaya qayıdarkən aeroportda saxlanıb.
Onun saxlanması Avropa hökumətlərini, insan haqları təşkilatlarını qəzəbləndirib.
Avropa Şurasının Prezidenti Şarl Mişel deyib ki, müxalifətçinin saxlanması “qəbuledilməzdir” və o, dərhal azadlığa buraxılmalıdır.
Aksiya zaman;


Baltik ölkələri tədbirlər tələb edir
“Amnesty International” insan haqları təşkilatının “vicdan məhbusu” adlandırdığı 44 yaşlı siyasətçi ötən yay zəhərlənib. Qərb laboratoriyaları onun Noviçok sinir qazıyla zəhərləndiyini üzə çıxarıb. Zəhərlənmədən bir neçə gün sonra o, Almaniyaya aparılıb.
Rusiyada hökumətə qarşı etirazların təşkilinə görə dəfələrlə saxlanmış Navalnı zəhərlənməsinin arxasında Rusiya hakimiyyətinin durduğunu deyir. Moskva isə ittihamı rədd edir.
Bu zəhərlənmə olayı rusiyalı ikili agent Sergey Skripal və qızının 2018-ci ildə İngiltərənin Solsberi şəhərində zəhərlənməsini yada salıb və beynəlxalq qınağa səbəb olub.
Rusiya həbsxana orqanları onun həbs oluna biləcəyini desə də Navalnı Rusiyaya qayıtmaqda israrlı idi. Navalnının şərti həbs cəzasının şərtlərini pozduğu iddia olunur, 3.5 il həbs oluna biləcəyi deyilir.
Baltik ölkələri olan Litva, Latviya və Estoniya Navalnının saxlanmasıyla bağlı birgə bəyanat verib, Moskvaya qarşı “məhdudlaşdırıcı tədbirlər görməyə” çağırıb.
Çexiya, Polşa, Fransa, İtaliya da siyasətçini dərhal buraxmağa çağırıblar.

 anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar