Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Blinken: ‘Putinin bir adamdan belə qorxması təəccüblüdür...’

21-01-2021, 08:54   

ABŞ dövlət katibi vəzifəsinə namizəd Entoni Blinken deyib ki, prezident seçilmiş Co Baydenin administrasiyası Rusiya hakimiyyətinin milyonlar və milyonlarla rusiyalının mövqeyini təmsil edən Aleksey Navalnını susdurmaq cəhdini qətiyyətlə pisləyir.
Blinken Senatda keçirilən təsdiqləmə dinləməsində deyib ki, “Rusiya bu adamların səslərini eşitməlidir”.
Blinken Aleksey Navalnının Almaniyadan qayıtdıqdan sonra Moskvada saxlanması barədə deyib:
"Vladimir Putinin, belə görünür ki, bir adamdan belə qorxması təəccüb doğurur”.


Rusiya ABŞ üçün əsas problem olaraq qalacaq
Dövlət katibi vəzifəsinə namizəd daha sonra deyib ki, Rusiya ABŞ üçün əsas problem olaraq qalır və yeni administrasiya bu problemə bütün ciddiliyi ilə yanaşacaq:
"Müzakirə olunası çox məsələ var. Bu məsələ yeni administrasiyanın gündəliyində ən birinci məsələdir”.
Yanvarın 18-də məlum olub ki, prezident seçilmiş Baydenin administrasiyası Rusiyaya Donald Tramp tərəfindən təyin edilmiş səfir Con Sallivandan vəzifəsində qalmağı xahiş edib.
Administrasiya bildirir ki, bu, Rusiya ilə müzakirələrdə fasilənin yaranmaması üçün edilir.


Peskov: “Kiminsə kimdənsə qorxması...”
Maraqlıdır ki, senatorlar Moskva ilə bağlı sualları dinləmənin əvvəlindən saat yarım keçəndən sonra verməyə başlayıblar.
Bundan əvvəl verilən suallar əsasən İrana, Çinə, Kubaya və başqa ölkələrə aid idi.
Navalnınlın saxlanmasını ABŞ dövlət katibi Mayk Pompeo da pisləyib:
"Özlərinə əmin olan siyasətçilər rəqiblərin səslərindən qorxmurlar, öz siyasi opponentlərinə qarşı zorakılıqdan istifadə etmirlər və qanunsuz həbslərə əl atmırlar”.
Bu arada Amnesty International bəyan edib ki, Navalnını vicdan məhbusu hesab edir və onun saxlanmasını Rusiya hakimiyyətinin onu susdurmaq cəhdi kimi qiymətləndirir.
Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov yanvarın 19-da deyib ki, “kiminsə kimdənsə qorxması barədə iddialar tam bir cəfəngiyyatdır”.
anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar