Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Palmali”nin mətbuat xidmətinin qeyri-peşəkar qışqır-bağır strategiyası

28-04-2018, 22:22   

 

Ötən gün xarici və yerli mətbuatda iş adamı Mübariz Mənsimovun rəhbərlik etdiyi “Palmali Shipping” şirkətinə məxsus olan iki gəminin saxlanılması ilə bağlı məlumat dərc edilib.
Dəniz daşımaları sahəsində ixtisaslaşmış Tradewindsnews portalının yaydığı məlumatda bildirilir ki, Rusiyanın “Lukoil” şirkətinin törəmə şirkəti olan “Litasco” Mübariz Mənsimovun “Palmali Shipping” şirkətinə məxsus iki neft tankerini həbs edib.
Səbəb – Mübariz Mənsimov və “Lukoil” şirkəti arasında yaranmış məhkəmə çəkişmələri və borc qalmaqalıdır.
Məlumatın yayılmasından dərhal sonra Mübariz Mənsimovun rəhbəri olduğu “Palmali” şirkətlər qrupunun nümayəndəsi Fidan Quliyeva heç bir əsaslı səbəb gətirmədən, yaranmış vəziyyəti izah etmədən Azərbaycan və xarici KİV-ləri qeyri-peşəkarlıqda ittiham etməyə başlayıb. Fidan xanımın gətirdiyi əsas səbəb isə guya Azərbaycan KİV-in yaranmış bu problem haqqında yazması düzgün addım deyil və bu, jurnalistlərimizin təcrübəsizliyindən irəli gəlir.
Öz növbəmizdə qeyd etmək istəyirik ki, Mübariz Mənsimovun gəmilərinin saxlanılması haqqında xəbərin bir neçə gündür mətbuatda dərc olunması və Fidan xanımın başçılıq etdiyi ictimaiyyətlə əlaqələr xidməti tərəfindən bu məsələ ilə bağlı heç bir tutarlı açıqlama verilməməsi kimin peşəkar, kimin isə qeyri-peşəkar olduğundan xəbər verir.
“Palmali” şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fidan Quliyeva jurnalistlərə peşə dərsi keçməyə cəhd göstərsə də, biz öz növbəmizdə ona PR sahəsində hər hansı biliklər aşılamaq niyyətində deyilik, işimiz deyil.
Lakin Fidan Quliyevanın dünya və yerli KİV-də yayılmış əsaslı məlumata belə qeyri-peşəkar reaksiyası, təkzib strategiyasını tutarlı faktlar deyil, ucadan qışqırmaq, səs-küy salmaq prinsiplərinə əsasən qurması bizi cavab hüququmuzdan istifadəyə vadar edir.
Hörmətli Fidan xanım, son illər “Palmali” şirkətlər qrupu haqqında mətbuatda yayılan çoxsaylı, bir çox hallarda neqativ xarakterli məlumatlar ilk növbədə sizin işinizə qeyri-peşəkar yanaşmanızdan, mətbuatla əlaqələri düzgün qura bilməməyinizdən xəbər verir.
Faktlara əsaslanmış bir məlumatı qışqır-bağırla təkzib etmək olmaz. Ən azından ayıbdır.
P.S. “Palmali” şirkətlər qrupunun ictimaiyyətlə əlaqələr şöbəsinin olduğunu və həmin şöbəyə Fidan Quliyevanın rəhbərlik etdiyini bu gün öyrəndim. Fikrimizcə artıq şərhə ehtiyac yoxdur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar