Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

2 körpəsini yandıran azərbaycanlı ilə bağlı yeni faktlar

2-05-2018, 11:04   


İstintaq Yelena Kərimovanın radikal dini baxışlı sekta ardıcılı olması haqda məlumatları da yoxlayır...

Bütün Rusiya Nijni-Novqorod şəhərində baş verən dəhşətli hadisədən danışır. Azərbaycanlı qadın öz uşaqlarını xüsusi amansızlıqla öldürüb və yandırıb. 27 yaşlı Yelena Kərimova kirayə götürdüyü avtomobildə 4 yaşlı qızı Xədicəni və 2 yaşlı oğlu Süleymanı boğub. Daha sonra o, uşaqların cəsədini şəhərdən kənara aparıb və yandırıb.

Yanaraq tanınmaz hala düşən uşaqların cinslərini belə müəyyən etmək mümkün olmayıb. İlkin araşdırmalar zamanı köhnə tərəvəz bazasında yanğını söndürməyə gələn yerli sakinlərdən biri yanğından əvvəl ərazidə şübhəli qadın gördüyünü deyib. Həmin qadının əraziyə gəldiyi maşının nömrə nişanını da xatırlayıb. Beləcə, istintaqçılar dəhşətli əməl sahibi olan qadını müəyyən edib yaxalaya biliblər.

Saxlanılandan sonra Nijniy-Novqorod sakini olan Yelena Kərimova baş verənləri etiraf edib. Deyib ki, o, boşandıqdan sonra uşaqları böyütməkdən bezdiyi üçün azyaşlıları öldürmək qərarına gəlib. İstintaq müəyyən edib ki, qadının maliyyə cəhətdən heç bir problemi olmayıb. O, hər ay avtomobil kirayəsi üçün 40 min rubl xərcləyib və bir müddət əvvəl xaricdəki kurortlardan birinə bilet də alıb. Sosial şəbəkədə isə Yelena Kərimovanın heç bir qəribə paylaşımı olmayıb. O, uşaqların fotolarını paylaşaraq, onları sevdiyini bildirib. “O mənim ürəyimdir, əziz insanımdır. Mənim sevimli qızım. Ona görə mən həmişə ayaqdayam. Mən ona görə yaşayıram. O mənim nəfəsimdir, ağıllı qızımdır” - Yelena Kərimova aprelin 21-də belə bir paylaşım edib.

Yelena KÉrimova ile ilgili görsel sonucu

Dəhşətli olayla bağlı cinayət işi başlanılıb. İttihamlar təsdiqini tapsa, qadını ömürlük həbs cəzası gözləyir. Barəsində həbs - qətimkan tədbiri seçilmək üçün məhkəməyə aparılan Yelena Kərimova baş verənlərin səbəbini izah etməkdə çətinlik çəkib. Barəsində bilinən odur ki, şəbəkə marketinqi ilə məşğul olub. İşi ilə əlaqədar bir müddət Moskvada qardaşının evində yaşayıb. Lakin biznesi alınmayıb və xeyli borca düşüb. Bununla bağlı barəsində məhkəmənin icraat qaydasında başladığı iş olub.

Yelena Kərimovanın barəsində həbs-qəti imkan tədbirini seçilməsi haqda İstintaq Komitəsinin vəsatətinə məhkəmə qapalı rejimdə baxıb. Məhkəmənin qapalı keçirilməsini Yelena Kərimovanın vəkili istəyib. O, müvəkkilinin həyatına təhlükə ola biləcəyindən ehtiyatlandığını deyib. Məhkəmə vəkilin xahişini nəzərə alıb və mətbuat nümayəndələri də daxil olmaqla kənar şəxslər məhkəmə zalından çıxarılıb. Buna qədər isə Yelena Kərimova jurnalistlərin çoxsaylı suallarına baş verənlərə məhkəmə zamanı aydınlıq gətirəcəyi deyib. Məhkəmə zalında olan jurnalistlər Yelena Kərimovanının özünü adekvat apardığını, dəmir barmaqlıq arxasında başını aşağı salıb oturduğunu yazıblar. Məhkəmə İstintaq Komitəsinin Yelena Kərimovanın həbsi ilə bağlı vəsatətini təmin edib. Uşaqlarını öldürüb yandıran qadın ilkin olaraq 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Uşaqlarını öldürəndən sonra qadının barəsində psixoloq-psixiatrik ekspertiza təyin olunub. Ekspertiza qadının cinayəti törədən zaman anlaqlı olub-olmaması sualına da aydınlıq gətirməlidir. İstintaq Yelena Kərimovanın radikal dini baxışlı sekta ardıcılı olması haqda məlumatları da yoxlayır.

Yelena KÉrimova ile ilgili görsel sonucu

İstintaqın ilkin qənaətinə görə, bu il aprelin 25-də Yelena Kərimova 4 yaşlı oğlunu və 2 yaşlı qızını kirayəyə götürdüyü “Kia Rio” markalı maşının arxa oturacağına oturdub. Maşında uşaqları boğub və bundan sonra cəsədləri yoxa çıxarmaq haqda düşünüb. Qərara gəlib ki, heç kimin olmadığı bir əraziyə aparıb orada yandırmaqla uşaqlarının cansız bədənlərini külə döndərsin. Bu niyyətlə yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə gedib və Semyonovsk rayonunun Şaldej kəndinin kənarındakı meşəyə aparıb. Uşaqlarının cəsədini meşənin bir kənarına tullayan qadın üzərilərinə benzin tökərək odlayıb. Lakin sonradan gecəyarısı meşədə yanğını görəcək şəxslərin olacağından qorxaraq alovu söndürüb. Cəsədləri maşına qoyaraq Nijni-Novqoroddakı mənzilə qayıdıb. Növbəti gün yenidən Semyonovsk rayonuna qayıdaraq orada yarıyanmış cəsədləri gizlətmək üçün yer axtarıb. Belə bir yeri Osinki kəndinin ərazisindəki köhnə tərəvəz bazasının ərazisində tapıb. Orada köhnə bir tikilinin içindəki zibilliyə cəsədləri tullayan qadın yenidən uzərilərinə benzin töküb və odlayıb. Kənardan yanğının böyüdüyünü görüb cəsədlərin tam yanaraq kül olacağını özlüyündə yəqinləşdirəndən sonra maşına əyləşərək ərazidən uzaqlaşıb.

Yelena KÉrimova ile ilgili görsel sonucu

Tutulandan sonra isə cinayəti uşaqları saxlaya bilməməsi ilə izah etməyə çalışıb. Lakin məlum olub ki, əli ilə öz uşaqlarını boğan qadının imkanları kifayət qədər olub. Qadının İrina adlı rəfiqəsi Rusiya mətbuatına deyib ki,  Yelena Kərimovanın belə bir cinayəti törətməsinə inanmır. İrina jurnalistlərə deyib ki, “Yelena öz uşaqları ilə nəfəs alırdı”. O, baş verənlər haqda məlumatları uydurma adlandırıb.

Hazırda istintaq davam edir. Dəhşətli qətlin əsl səbəbləri, motivi də istintaq zamanı üzə çıxacaq.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat” 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar