Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycan nefti nə vaxt tükənəcək?

24-05-2018, 09:49   



Məqalə JAMnews saytında dərc olunub.

Neft pulu Azərbaycan büdcəsinin gəlir hissəsinin təxminən 60 faizini təşkil edir. Vaxtaşırı olaraq iqtisadçılar, analitiklər və politoloqlar narahat olmağa başlayır – neft tükənsə necə olacaq? Xüsusən də indi, 2010-cu il pikindən sonra neft hasilatının həcmi beş il ərzində 20 faiz azalandan sonra. Doğrudanmı Azərbaycanın “qara qızılı” tükənmək üzrədir?

Yanardağ Bakı yaxınlığına yerləşir, burada alov düz yerin içindən çıxır. Alovun üstünə su töksən belə sönmür – çünki yerin səthində alovlanmır – qaz özü özlüyündə kifayət qədər qızmış halda olur

Hər şey necə başlayıb

Azərbaycan torpağının neft və qazla dolu olması hələ qədim dövrlərdən məlum olub. XIII əsrdə onu quyulardan vedrələrlə çıxarırdılar.


Bibiheybət və Balaxanı indiki Bakının qırağında yerləşən qəsəbələrdir. Bakının girəcəyindəki Bibiheybət qəsəbəsində köhnə neft quyusunun üstündə bu quyunun dünyada ilk dəfə olaraq 1846-cı ildə sənaye üsulu ilə qazıldığı yazılıb..


 

1876-cı ildə Bakı yaxınlığında 101 neft quyusu olub.

İndiki Azərbaycanın ərazisi o vaxtlar Rusiya İmperiyasının bir hissəsi olub. Torpağın neft gətirən sahələri tək azərbaycanlı deyil, həm də ilk neft bumu dalğasında sürətlə varlanan rus və erməni sahibkarlara məxsus olub. Azərbaycan neftinin tarixi belə başlayır.


Muxtarov qəsəbəsi (Bakıdan 15-20 dəqiqəlik məsafədə yerləşir) 20-ci əsrdə Bakı milyonçularından olmuş Murtuza Muxtarovun adını daşıyır. Sakinlər şikayət edirlər ki, “evlərinin qarşısında neft quyuları var, amma kanalizasiya yoxdur”. Fotoda – neft quyuları.


Neftin hasilat həcmi nədən asılıdır?

Azərbaycanda neft hasilatının dinamikasını təhlil etsək, aydın olur ki, artma və azalma “təbiətin mərhəməti”ndən daha çox, insanların nefti axtarmaq və çıxarmaq üçün göstərdiyi səylərlə bağlıdır. Azalma isə həmişə hansısa xarici amillərlə əlaqəli olur.

XX əsrin əvvəllərində Azərbaycanda neft hasilatı böyük olmayıb – 10 milyon ton, amma bu, dünyada hasil olunan neftin yarısını təşkil edib. Hasilatın yarıdan çox azalması birinci dünya müharibəsi və sonrakı “qarışıq dövr” ilə izah olunur, bu vaxt Azərbaycanda yeni yaranan Birinci respublika faktiki olaraq sovet Rusiyası tərəfindən istila edilib.

 Neft hasilatının ikinci pik dövrü sovet dövrünə – 1930-cu illərə təsadüf edir, bu vaxt Azərbaycanın yataqlarına böyük ölkənin resursları verilib – həm yeni yataqların işlənib hazırlanmasına, həm geoloji kəşfiyyata, həm də hasilatın özünə. Sonra hasilatın həcmi ikinci dünya müharibəsinə görə yenidən təxminən iki dəfə azalır.

Üçüncü pik dövründə – 1970-ci ildə Xəzərdə yeni dəniz yataqları açılır. Hasilat əvvəlki pik dövründə olduğu kimi 20 milyon tona çatır. Sonrakı eniş – 10 milyon tona qədər – artıq Sovet İttifaqının dağılması və Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsi ilə bağlıdır.

Neft hasilatının dördüncü piki – 2010-cu il – 30 milyon ton neftdən çox. Ya da Dövlət Statistika Komitəsi kimi qaz kondensatı ilə birlikdə hesablasaq, 50 milyondan çox. Hasilat üzrə bu cür rekord Azərbaycanın dünyanın 7 ölkəsindən olan 12 iri neft şirkəti ilə bağladığı “Əsrin müqaviləsi” sayəsində mümkün olub. Onlar Xəzər dənizində üç yataqdan neft çıxarır. Müqaviləyə əsasən, 2050-ci ilə qədər 731 milyon ton neftin çıxarılması planlaşdırılır.


Azərbaycanda neft hasilatının həcmi, milyonlarla ton. Mənbə: peakoilbarrel.com.


Niyə neft azalıb?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, neft tüklənən sərvətdir, amma bədbin proqnozlar çox vaxt praktika ilə təkzib olunur:

“1949-cu ildə da dünyada dənizin ortasında – Neft Daşlarında ilk yataq tapıldı. 1952-ci ildə artıq sənaye üsuluyla ordan neft çıxarılmağa başlandı. O zaman hesab edirdilər ki, 1979-80-ci illərdə Neft Daşlarının resursu bitəcək. Ancaq 80-ci ildə geoloqlar neft çıxarılması ilə bağlı qərar qəbul etdilər və bu müddət  2000-ci ildə 2015-ci ilə qədər uzadıldı. 2015-ci ildə isə məlum oldu ki, daha dərin qatlarda 2035-ci ilə qədər var. Ötən il Neft Daşlarında hələ 1 milyon tona yaxın  hasilat vardı”.

İlham Şabanın dediyinə görə, quyularda həmişə “geoloji ehtiyat” olur, yəni mürəkkəb geoloji quruluşuna görə çıxarıla bilməyən neft. Amma mütərəqqi texnologiyaların tətbiqi nəticəsində çıxarıla biləcək ehtiyatların nisbəti BP şirkəti və tərəfdaşlarının işlədiyi Azəri-Çıraq-Günəşli yatağında olduğu kimi 50 faizə çata bilər. Müqayisə üçün deyək ki, Azərbaycan Dövlət Neft Şirkəti dəniz yataqlarındakı quyulardan cəmi 28 faiz neft çıxara bilir:“Ona görə də Azəri-Çıraq-Günəşlidə daha 500 milyon ton neft çıxara bilərik”.

Ekspert deyir ki, qaz kondensatını və Azərbaycanın satdığı qazı da unutmaq olmaz.

 

Sentyabrın 14-də SOCAR neft şirkəti və Britaniyanın BP şirkəti Azəri-Çıraq-Günəşli yatağının istismarı ilə bağlı yeni müqaviləni 2050-ci ilə qədər uzadıb.

“Əsrin müqaviləsi” çərçivəsində heç də bütün neft çıxarılmayacaq

2010-cu ildən 2016-cı ilə qədər hər il Azərbaycanda hasil olunan neftin həcmi 10 milyon ton azalıb. Amma bu cür azalma əvvəlcədən nəzərdə tutulmuşdu. “Əsrin müqaviləsi”ndə söhbət tək Azəri-Çıraq-Günəşli yatağından getmir, neft quyusu üçün isə təbiidir ki, vaxt keçdikcə neft azalır və onu hasil eləmək getdikcə daha çətin olur.

Amma Azərbaycanda Azəri-Çıraq-Günəşlidən başqa ümumiyyətlə işlənməmiş yataqlar da var. Misal üçün, əldə olunan etibarlı məlumatlara görə, “Muğan monoklinalı” adlanın yerin keçdiyi Azərbaycanın mərkəzi hissəsində neft tapmaq ehtimalı çox böyükdür.

Azərbaycan alimləri onun araşdırılmasına düz 30 il sərf edib və bu, yeganə potensial neft mənbəyi deyil. Buna görə də Azərbaycanı hələlik “neft apokalipsisi” gözləmir, neft hasilatının azalması təhlükəsi isə ancaq tədqiqat və hasilata kifayət qədər sərmayə qoyulmaması səbəbindən yarana bilər, onun “qurtardığına” görə yox.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar