Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

7 ölkədən Türkiyə ilə MÜHARİBƏ HAZIRLIĞI: Vaşinqtonda qurulan ittifaqın ŞOK HƏDƏFİ

8-02-2019, 12:36   
 

Türkiyə Suriyanın Münbiç şəhəri və Fəratın şərqində terror təşkilatlarına qarşı hərbi müdaxiləyə hazırlaşdığı bir vaxtda, 7 ölkə öz qüvvələrini bölgəyə yerləşdirmək üçün hərəkətə keçib.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, ABŞ, Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı və İngiltərənin xarici işlər nazirləri Vaşinqtonda ortaq bəyannamə yayımlayıb.
İŞİD terror təşkilatı ilə mübarizə çərçivəsində qurulmuş koalisiya qüvvələrinin 79 üzvünün toplantısından sonra adıçəkilən 7 ölkə xüsusi konfrans keçirib. Konfransda qəbul edilən bəyannamədə Türkiyənin bölgədə qeyri-sabitlik yaradan qüvvə olduğu iddia edilib.
ABŞ Dövlət Departamentinin vasitəçiliyi ilə yayılan açıqlamada isə bildirilib ki, BMT Təhlükəsizlik Şurasının 2254 nömrəli qətnaməsi, diplomatiya və beynəlxalq qərarlar çərçivəsində BNT-nin səylərinə dəstək veriləcək. Qeyd edilir ki, bölgədə sabitliyi pozmaq və hərbi həll yolu axtarmaq qarşıdurma riskini və gərginliyi yalnız artıracaq.
Qeyd edək ki, Amerikanın “Wall Street” jurnalı ötən həftə yayımladığı xəbərdə ABŞ-ın Suriya-Türkiyə sərhədində yaradılması planlaşdırılan təhlukəsizlik zonasını qərb müttəfiqlərindən ibarət yeni qüvvəyə təhvil verməyi istədiyini yazılmışdı. Vaşinqton bölgədəki qüvvəsini Fransa, İngiltərə və Avstraliyadan gələn əsgərlərlə əvəzləmək niyyətindədir.
Türkiyə KİV-i isə xəbərdarlıq edir ki, Vaşinqtonun niyyəti bölgədə xaosu daha da dərinləşdirə, hətta Türkiyənin də iştirakı ilə böyük dövlətlərin hərbi qarşıdurmasına gətirib çıxara bilər.
Zümrüd
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar