Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Dünya Covid-19 peyvəndinə nə qədər yaxındır? Ağ ayıların nəsli 2100-cü ilədək tükənə bilər

21-07-2020, 09:29   


Koronavirus epidemiyasına qarşı peyvənd üzərində işlər hansı mərhələdədir? İqlim dəyişikliyi ilə bağlı addım atılmasa, bu əsrin sonlarına ağ ayıların nəsli tükənəcək - bu və başqa xəbərlər BBC News Azərbaycancanın icmalında.
Aşı

Dünya Covid-19 peyvəndinə nə qədər yaxındır?

Covid-19 epidemiyasına qarşı peyvənd istehsal etmək yarışı bütün dünyada davam edir. Hər gün müxtəlif mənbələrdən peyvəndlərin payız aylarında hazır olacağı barədə xəbərlər dərc olunur. Bəs, bu, nə qədər doğrudur?
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, Covid-19-ə qarşı 15 iyul 2020 tarixinədək aralarında Türkiyənin də yer aldığı ondan çox ölkədə ümumilikdə 163 peyvənd üzərində iş aparılır.
Onlardan 23-ü klinik araşdırma mərhələsini keçib və insanlar üzərində yoxlanılır.
Dünyada peyvənd üzərində aparılan işlərdə minlərlə könüllü ilə üçüncü mərhələyə keçən sadəcə 3 peyvənd namizədi var.

Oxfor Universiteti və AstraZeneca ilə birgə hazırlanan peyvənd və Çindəki Sinovac tərəfindən hazırlanan peyvəndlər iyul ayında bu təcrübələrə başladığını açıqlayıb.
ABŞ-da mənzillənən Moderna isə 30 min könüllü ilə bu təcrübələrə iyul ayının sonunda başlayacağını bildirib.
Tarixdə daha əvvəl hazırlanan peyvəndlərə baxıldıqda, ən tez başa gələn peyvənd dörd ildə hazırlanıb.
Bəzi peyvəndlərin təkmilləşdirilmə müddəti isə davam edir. Məsələn, AİDS-ə qarşı 40 ildən çoxdur ki, effektiv peyvənd tapılmayıb.
Alimlər Covid-19 epidemiyasının istifadə olunan yeni üsullarla tarixdə daha əvvəl görünməmiş araşdırma və istehsal prosesinin ortaya çıxmasına səbəb olduğunu və peyvənd istehsalında yeni mərhələ açacağını ehtimal edir.
ağ ayıKATHARINA M MILLER

Ağ ayıların nəsli 2100-cü ilin sonunadək tükənə bilər

İqlim dəyişikliyi ilə bağlı addım atılmasa, bu əsrin sonlarına ağ ayıların nəsli tükənəcək, bir araşdırma ehtimal edir.
Alimlər deyir ki, Şimal Buzlu Okeanda buz parçaları qopduqca bəzi heyvanlar həyatda qalmaq limitlərini artıq itirirlər.

Buzlar qırıldıqca heyvanların daha uzun məsafədə hərəkət etməli olduqları və uşaqlarına yemək tapmaqda çətinlik çəkdikləri bildirilir.
Kanadanın Toronto Universitetindən Dr Peter Molnar deyir ki, ayılar "iqlim dəyişikliyinin afişasına" çevriliblər.
"Ağ ayılar zatən dünyanın ən üst hissəsindədirlər. Buzlar ərisə, onların getməyə yerləri olmayacaq", - Dr Molnar söyləyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar