Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Gürcüstan-Azərbaycan sərhədi birtərəfli qaydada açılır –Səfirlik açıqladı

21-07-2020, 16:32   

Gürcüstan-Azərbaycan sərhədi birtərəfli qaydada açılacaq.
Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, yaxın günlərdə Azərbaycanda qalan Gürcüstan vətəndaşlarının ölkələrinə qayıtmalarına icazə veriləcək.
Vətəndaşlar hər gün saat 10:00-13:00-da sərhəd keçid məntəqələrindən ölkələrinə keçə biləcəklər.
Bildirilib ki, məsələ ilə əlaqədar hər iki ölkənin aidiyyəti qurumları arasında razılıq əldə edilib və sərhədlərin açılacağı tarix müəyyənləşdirilir.
Gürcüstana qayıdan şəxslərin 14 gün müddətinə karantində saxlanılacağı bildirilib/APA.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar