Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Virusla yaşamağı öyrənməliyik” - Deputatdan karantin rejimi ilə bağlı TƏKLİF

21-07-2020, 16:45   


“Virusla yaşamağı öyrənməliyik” - Deputatdan karantin rejimi ilə bağlı TƏKLİF

“Vətəndaşların, biznesin, sahibkarların vəziyyətinin günü-gündən ağırlşamasının şahidi oluruq. Səbəb təhlükəli virusla bağlı tətbiq olunan sərt karantin rejimidir. Yoluxanların sayının azalmasına rəğmən 5 avqustdan başlayaraq yumşalmalar tətbiq edilə bilər. Qorxum budur ki, karantin yumşalan kimi yoluxanların sayı artan xətt üzrə getsin. Yenidən sərt karantin tətbiq ediləcəkmi? Tətbiq edilsə, bu, vətəndaşlar və sahibkarlar üçün fəlakət olacaq”.
Cebhe.info xəbər verir ki, bunu özünün “Facebook” səhifəsində Milli Məclisin üzvü Razi Nurullayev yazıb.
Millət vəkilinin sözlərinə görə, artıq virusla bərabər yaşamağı öyrənməliyik: “Bunun üçün də hər kəsin bildiyi həqiqətləri sərtləşdirmək lazımdır, amma karantini isə qaldırmaq, raonlara gediş-gəlişi açmaq zərurətdir.
40 dərəcə istidə yaşamaq çox çətinləşib. Hər kəsin bildiyi həqiqətlər isə sadədir: əllərini tez-tez yumaq, cibində spirt gəzdirmək, mütləq maska taxmaq, sosial məsafəni gözləmək. Cərimələr də tətbiq edilir. Bu sadə məsələlərə vətəndaşları əməl etməyə vadar etmək üzərində baş sındırmağa dəyər. Çünki, hələ də inanmayanlar var. Mən razıyam ki, yalan məlumat yayanlara, virusun olmadığını deyib vətəndaşların fikrini çaşdıranlara qarşı daha ciddi tədbirlər görülsün, amma sərt karantin qaldırılsın. 30 qəpiklik maskanı həftələrlə gəzdirənlər var. Hələ də virusu ciddiyə almayan vətəndaşların sayı çoxdur. Demək ki, biz oturub gözləsək, gərək bu ili sərt karantinlə başa vuraq, bu isə məhvə bərabərdir. Virusla yaşamağı öyrənək. Başqa yolumuz yoxdur. Sərt karantinin tam yumşaldılmasına getmək vacibdir”.
Aydın
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar