Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Koronavirus təhlükəsi nə zaman sovuşacaq? - Epidemioloq açıqladı

23-07-2020, 16:15   


Koronavirus təhlükəsi nə zaman sovuşacaq? - Epidemioloq açıqladı
Rusiya Federasiyası Səhiyyə Nazirliyinin baş epidemioloqu Nikolay Briko COVID-19-un insanlara uyğunlaşdığını söyləyib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, epidemioloq bunu mətbuat konfransında açıqlayıb.
“Əhali arasında dolaşan virus insanlara uyğunlaşır və yoluxuculuğu azalır. Ən təhlükəlisi yenidən ortaya çıxan viruslardır. Onlar meydana gələcək, bu, şübhəsizdir”, - Briko qeyd edib.
Epidemioloq hesab edir ki, noyabr, dekabr və yanvar aylarında koronavirus xəstəliyinin mövsümi artımını gözləməyə dəyər, lakin şiddəti çox olmayacaq.
Aytən Məftun
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar