Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Dərslər sentyabrın 15-də başlanacaq – Elçin Əfəndidən AÇIQLAMA

29-07-2020, 13:27   


 
“2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrində dərslər sentyabr ayında ənənəvi qaydada başlanacaq. ”
Bu fikirləri təhsil eksperti Elçin Əfəndi metbuat.az-a özəl müsahibəsində bildirib.
Onun sözlərinə görə, pandemiya dövrünü nəzərə alaraq şagirdlərin dərslərdə iştirak edə bilməsi üçün müvafiq qaydalar hazırlanır.

“ Burada əsasən siniflərdə şagirdlərin sayı 15 nəfərə qədər azaldılaraq, tək-tək parta arxasında oturmaq şərti ilə tədris proqramı həyata keçirilə bilər. Sentyabrda dərslərin ənənəvi qaydada başlanmasına səbəb birinci sinif şagirdlərinin müəllimlərinə öyrəşməsinə şərait yaratmaqdır. Amma ali və orta ixtisas məktəblərinin birinci kurs tələbələri üçün dərslər ixtisaslaşma və imtahanların gec başlanması səbəbindən oktyabrda planlaşdırılır.”
Elçin Əfəndi bildirdi ki, əgər ikinci dalğa yoluxma başlanarsa, pandemiyanın uzadılmasına qərar verilərsə o zaman yenidən 2021-ci ilin əvvəlinə qədər dayandırılacaq.
“Burada tədris müddətində dərs vaxtının azaldılıb qısaldılması müzakirə olunmur. Çünki yoluxma olarsa bu 20 dəqiqə ərzində də baş verə bilər. Payız-qış aylarında respirator xəstəliklərin artması fonunda yoluxma yenidən xüsusi karantin səviyyəsində olarsa o zaman dərslərin dayandırılması və 2021 ci ilin yanvar ayından sonra başlanması da istisna deyil.’’
Qeyd edək ki, “Pandemiya dövründə təhsil” mövzusunda onlayn konfransda Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirmişdi ki, onlayn təhsil nə qədər yaxşı görünsə və pandemiyada ən vacib rolu olsa da üzbəüz təhsilin effektini vermir:

” Bəzi müəllimlərdə onlayn alətlərdən daha səmərəli istifadəni təəssüf ki, görmürük. Görülməli olan işlər daha çoxdur. İndi də işlər görülür, Təhsil Nazirliyinin bu məsələlərlə bağlı xüsusi platforması var. Ümid edirik ki, sentyabrda dərslərə pandemiyadan əvvəlki formada başlayacağıq, ancaq hər bir halda işlər görülür”.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar