Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Yenidən sərtləşdirməyə getməyəcəyik” — Baş infeksionist

19-08-2020, 18:21   


"Azərbaycanda koronavirusdan sağalan xəstələrin sayı yoluxanlardan çoxdur. Virusun yayılması ilə bağlı hələlik təhlükəli hal müşahidə edilmir".
 
Bunu açıqlamasında baş infeksionist Cəlal İsayev deyib. Onun sözlərinə görə, gündəlik yoluxma sayında təxminən 30-40 nəfər arasında artım və ya azalma ola bilər. Epidemiyanın gedişatında belə halların olması təbii haldır.
 
"Sağalan xəstələr yoluxanlardan çoxdur. Bu, stabilliyi göstərir. Gələcəkdə vəziyyətə baxıb qiymətləndirəcəyik. Hələlik təhlükəli hal yoxdur. Buna baxmayaraq, biz vətəndaşları diqqətli olmağa çağırırıq".
 
C. İsayev bildirib ki, yaxın zamanlarda yenidən sərtləşdirmə tədbirləri nəzərdə tutulmayıb.
 
"Yoluxmanın artacağına və vəziyyətin yenidən sərtləşdirmə tədbirlərinə aparacağına inanmıram. İnsanlar maskadan istifadə edir, məsafəni gözləyir, təmizlik qaydalarına əməl edirlər. Başa düşürlər ki, ciddi yanaşmaq lazımdır, xəstəliklə zarafat etmək olmaz. Sərtləşdirməyə getməyəcəyik. ÜST payız fəslində ola biləcək artımlar zamanı karantin tədbirləri həyata keçirməyi tövsiyə etmir".(azvision.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar