Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Uşaqlar da koronavirusa yoluxa bilər-Yeni FAKTLAR

30-08-2020, 13:28   


Uşaqlar da koronavirusa yoluxa bilər-Yeni FAKTLAR

Uşaqların simtomlar göstərmədən koronavirus daşıyıcısı ola bildiyi aşkarlanıb. Cənubi Koreyadakı mütəxəssislər tərəfindən aparılan araşdırmalar nəticəsində məlum olub ki, uşaqlar simptomları göstərmədən həftələrlə burun və boğazında koronavirusu (COVİD-19) daşıya bilər.
Cebhe. info xəbər verir ki, alimlər bu vəziyyətin koronavirusun niyə sürətli yayılmasına aydınlıq gətirə biləcəyini düşünür. Cənubi Koreyada 18 fevral - 31 mart tarixləri arasında 91 uşaq üzərində 22 fərqli mərkəzdə aparılan araşdırmanın nəticələrinə görə uşaqların koronavirusu həftələr boyu boğazlarında və burunlarında daşıdığı ortaya çıxıb.
Tədqiqat çərçivəsində müşahidə olunan 91 uşaqdan 20-nin tədqiqat zamanı simptom göstərmədiyi məlum lub. 18 uşağın əvvəlcə simptom göstərmədiyi, lakin sonrakı günlərdə qızdırma, öskürək və ishal kimi simptomların ortaya çıxdığı və digərlərinin virusa yoluxduqdan sonra simptomlar göstərdiyi müəyyənləşib.
Təcrübənin maraqlı tərəfi o olub ki, uşaqlardan bəzilərinin simptomları 36 günədək görünməyib.
Əli Bədir
Cebhe. info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar