Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Milad Hatəmi və Seyid Yaşar İstanbulun mərkəzində “Lamborghini” ilə qarpız satdı POLİS TUTUB CƏRİMƏLƏDİ...,+VİDEO, FOTOLAR

5-09-2020, 17:37   



Bu günlərdə İstanbulun mərkəzi Beyoğlu məhəlləsində, Hacı Hüsrev məhəlləsi, Piyalepaşa bulvarında “Lamborghini Avendator” markalı lüks avtomobilin baqajında qarpız satan iki nəfərin videosu sosal şəbəkələrdə ildırım sürəti ilə yayılıb. Virtualaz.org xəbər verir ki, həmin şəxslər dəyəri az qala 1 milyon dollar olan avtomobilin baqajına yüklədikləri qarpızları kiloqramını 5 lirədən satıblar. Və müştəri sarıdan korluq çəkməyiblər-lüks avtomobildə qarpız satıldığını görən istanbullular həvəslə bu giləmeyvəni alıblar. Lakin xəbər sürətlə sosial şəbəkələrdə yayılıb, jurnalistlər əllərində kamera hadisə yerinə şığıyıblar və bu müəmmalı qarpızsatanlar onları görəndə satdıqları qarpızları yol kənarına ataraq avtomobillə uzaqlaşıblar.

Bəziləri sosial şəbəkələrdə “Lamborghini” ilə qarpız satanların “harınlamış ərəblər” ola biləcəyini təxmin edib. Yayılan görüntülər polisin də marağına səbəb olub və onlar həmin şəxsləri tapıblar. Məlum olub ki, onlar ərəblər deyil, iranlılardır. Polis “Lamborghini” nin sahibi, iranlı sosial media fenomeni Milad Hatəmi Abadini və onun dostu Seyid Yaşar Təvəkkülianı saxlayıb. Onlara qanunsuz küçə ticarəti ilə məşğul olmağa görə 1228 TL cərimə kəsilib, avtomobil sahibinin sürücülük icasəzi isə 15 günlüyə əlindən alınıb.

Seyid Yaşar Təvəkkülian jurnalistlərə deyib ki, 3 ildir İstanbulda yaşayır, reklam və marketinq işləri ilə məşğuldur. Lüks avtomobildə qarpız satmaq ideyası  isə dostu Miladla görüşərkən küçədə qarpızsatanları görəndə onun ağlına gəlib. “Maşının sahibi Milada belə təklif verdim, əvvəlcə çaşqınlıq keçirdi, sonra razılaşdı. İnsanları əyləndirmək üçün bu görüntüləri çəkib paylaşdıq. O da 2 ildir İstanbulda yaşayır”,-iranlı deyib.
 
Virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar