Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Koronavirus təhlükəsi səbəbindən uşaqlarını məktəbə göndərmək istəməyən valideynlər nə etməlidirlər?

8-09-2020, 10:04   


Uşaqlarının xəstəliyə yoluxmasından qorxub məktəbə göndərmək istəməyən valideynlərin də mənafeyi nəzərə alınıb.
Bunu “Təhsil TV”nin efirində çıxış edən Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu deyib.
Onun sözlərinə görə, həmin valideynlər məktəbə yaxınlaşıb rəhbərliklə danışmalıdırlar:
“Belə ki, məktəb rəhbərliyinə bu hallar üçün hazırlanan xüsusi iltizam forması təqdim edilib. Valideynlər bu iltizam formasını imzalayırlar.
Bunu imzalayan valideyn öz övladının virtual dərslərdə iştirakına, teledərsləri izləməsinə, müəllim tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsinə, müstəqil öyrənilməsinə və onun məktəbdə mütəmadi şəkildə keçiriləcək kiçik və böyük summativlərdə mütləq qaydada iştirak etməsini təminat verir.
Bütün bu məsuliyyəti öz üzərinə götürməklə valideyn övladının əyani dərslərdə iştirakından imtina etdiyini bildirmiş olur.
Əgər buna rəğmən şagird virtual dərslərdə aktiv iştirak etməzsə və summativlərə qatılmazsa, bu şagirdlər biliyi qiymətləndirilməyənlər kateqoriyasına aid ediləcək və sinifdə qalmaq təhlükəsi ilə üzləşəcəklər”.

oxu.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar