Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Məktəb və bağçalarda virusdan necə qorunmalı? - ÜMİD DEZİNFEKSİYA TUNELLƏRİNƏDİR

10-09-2020, 12:55   

[media=https://www.youtube.com/watch?v=EhoMOphulKA]
Altı aylıq həsrət bir neçə gündən sonra sona yetəcək. Söhbət gözəgörünməz infeksiyanın üzümüzə bağladığı məktəb və bağçalardan gedir. Xülasə, yeddi aya yaxındır ki, Azərbaycanda təhsil müəssisələri qapalıdır. Səbəb isə məlumdur - koronavirus. Ölkədə elan olunan xüsusi karantin rejimində növbəti yumşalmanın olması məktəb və bağçaların yenidən fəaliyyətə başlamasına imkan verir. Təbii ki, qaydalara tam riayət etmək şərti ilə.  Bəs görəsən, virtuallıqdan çıxma real aləmdə özünü necə əks etdirəcək? Hər zaman lövhələri təbaşir tozuna bulaşan təhsil ocaqları uşaqların və şagirdlərin infeksiyaya bulaşmaması üçün hansı addımlar ata bilər?  “Pacific Group”un ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Günel Fərəcova deyir ki, şirkətlər qrupunun bununla bağlı maraqlı təklifi var:  “Sentyabrın 15-dən uşaq bağçalarının, məktəblərin fəaliyyətə başlayacağını nəzərə alsaq, bu zaman övladlarımızın bir-biri ilə təması qaçılmaz olacaq. Qarşıdan payızın da gəlişini qeyd etsək, mövsümi virus və infeksiyaların aktivləşəcəyi hər kəsə məlumdur. Buna görə də övladlarımızın sağlamlığının qorunması məqsədilə “Pacific” şirkətlər qrupu tərəfindən istehsal edilən “PG-Dezox” dezinfeksiyaedici tunelinin təhsil müəssisələrində və uşaq bağçalarında quraşdırılmasını tövsiyə edirik”. Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın hər zaman vurğuladığı kimi, yalnız qaydalara əməl etməklə bu bəlanı sovuşdura bilərik. Bu səbəbdən deyilən tövsiyələr də həyatımızın xilaskarına çevrilə bilər. Eynilə Günel Fərəcovanın haqqında söz açdığı dezinfeksiyaedici tunellər kimi. Cihazın funksiyasına gəldikdə isə, aparat virus və bakteriya kimi mikroorqanizmlərin azaldılmasına kömək edir: “Dezinfeksiyaedici tunelin üzərindəki həssas qəbuledicilər sayəsində insanlar tuneldən keçdiyi zaman hərəkət sensorları vasitəsilə sistem işə düşür və qısa müddət ərzində yüksək təzyiq nasosunun köməyi ilə dezinfeksiyaedici məhlul püskürdücü nozullara ötürülür. Bununla da yüksək təzyiqlə çıxan maye buxar halına keçərək, insanların üzərini islatmadan dezinfeksiya edir. Dezinfeksiya tuneli tərkibində heç bir zərərli kimyəvi maddələr olmayan, insan sağlamlığına ziyan verməyən, virusdan qoruyan mayedən istifadə etməklə insanların dezinfeksiya olunması üçün nəzərdə tutulmuşdur”. Təbii ki, ən vacib şərtlərdən biri sağlamlığın qorunmasıdır. Elə övladlarını bağça və məktəbə yola salan valideynlər də bunu istəyir. Onlar düşünür ki, bu cür aparatlar quraşdırılması düzgün addımdır:  - Mənim uşağım bağçaya gedir. Belə tunellər yaxşıdır ki, bütün təhsil müəssisələrində və bağçalarda quraşdırılsın. Biz valideynlər də rahat şəkildə övladlarımızı bağçaya, məktəbə göndərək. Həm də gigiyena cəhətdən yaxşıdır ki, orada uşaqlar çox olur və bu, yoluxma sayını da azaldacaq.  - Mən də bir valideynəm. Hər bir valideyn kimi istəyərəm ki, övladım sağlam şəkildə təhsil alsın. Bu cür tunellərin quraşdırılması övladlarımızın sağlamlığı üçün çox əlverişlidir.  “PG-Dezox” dezinfeksiyaedici tuneli gigiyena təmini üçün ideal bir cihazdır. Aparatı məktəb, uşaq bağçası və ali məktəblərin girişlərində quraşdırmaqla virusa meydan oxumaq mümkündür. Ondan yalnız pandemiya dövründə deyil, həmçinin mövsümi bakteriya və virusların profilaktikası, habelə gələcəkdə yaranacaq yoluxucu xəstəliklərin qarşısını almaq üçün istifadə oluna bilər. Tunel müştərilərin istəyinə uyğun olaraq müxtəlif formalarda ( ölçü, rəng, dizayn və sair) istehsal oluna bilər. Onu da qeyd edək ki, şirkət tərəfindən təhsil müəssisələrinə özəl endirim kampaniyaları mövcuddur. Belə ki, sentyabr ayı ərzində edilən bütün sifarişlərə xüsusi endirim olacaq.  Dezinfeksiyaedici tunelin istehsalında istifadə olunan materialların və detalların keyfiyyətinə tam zəmanət verilir.
APA TV



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar