Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

General Ağacanyanın azərbaycanlı atası ermənilər tərəfdə bizə qarşı vuruşub - Məktəb yoldaşı danışdı

6-11-2020, 16:50   




Bu günlərdə əvvəlcə sosial şəbəkələrdə, daha sonra peşəkar medianın səhifələrində bir erməni təhlükəsizlik zabitinin şəkilləri yayılmışdı. Bu adam özünü "DQR" rəhbəri sayan Araik Arutyunyanın yanında şəxstlə durmuşdu və sifət çizgiləri baxımından eyni məkanda olanların hamısından seçilirdi. Onda fərqli ağız-burun və göz-qaş var idi. Tezliklə məlum oldu ki, Kamo Ağacanyan adlı bu şəxs qondarma "respublika"nın  təhlükəsizlik xidmətinin rəhbəridir.

Ancaq bir müəmmalı məsələ vardı, adam şəkilə baxan kimi, diqqət edirdi ki, Ağacanyan ağız-burun, qaş-göz formaları sarıdan türkə oxşayır, bəlkə yerli türklərlə qan qohumluğu var?
Bu sualın cavabı da tezliklə tapıldı. Əslən Füzulidən və Hadrutdan olan insanlar bildirdilər ki, Kamo Ağacanyanın əsl adı uşaqlıqdan olsa da, atasının adı Əkbər, soyadı isə Kərimov olub. Ermənilər Qarabağda separatçı hərəkata başlayanda və müharibə düşəndə Kərimovlar ailəsi dağılmayıb, Əkbər Kərimov ermənilərin çoxluqda olduğu Edilli kəndində qalıb. Sonradan Kamo öz soyadını dəyişdirib Ağacanyan olub, atasının adı isə rəsmi sənədlərdə Ağberoviç kimi qeyd olunub.
 123680141_3979455235402639_739700966188530541_n.jpg (27 KB)
Ağacanyanın şəkilləri internetdə, saytlarda gedəndən sonra məlum oldu ki, ölkəmizdə, paytaxt Bakıda onu lap uşaqlıqdan tanıyan adamlar da var.
Onlardan biri uşaqlığı Hadrutda keçən, hazırda Bakı kəndlərindən birində yaşayan Maqsud Qasımovdur. Maqsud müəllim Musavat.com-a Kamo Ağacanyan barədə bəzi şeylər danışdı.
Arayış: Maqsud Qasımov ovaxtkı Hadrut rayonununun Axullu kəndində doğulub və uşaqlıq illərini bu kənddə keçirib. Kənd ermənilər tərəfindən 1993-cü ildə işğal edilib. Onun ailəsi də həmin zaman kəndi tərk edib. 16 oktyabr 2020-ci ildə isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Axullu işğaldan azad olunub.
M. Qasımov bildirir ki, doğulduğu kənddə ermənilər də yaşayırdı, amma əsas əhalisi türklərdən ibarət idi:
“Kəndimizin hər daşı, yolu, dalanı gözümün önündədir. Ötən illər ərzində bir an da olsun yurdumuzu unutmamışam. Orada xeyli azərbaycanlı yaşayırdı. Lakin Hadrutun bəzi kəndləri vardı ki, həmin kəndlərdə erməniləri gətirib, məskunlaşdırmışdılar. Ermənilər o dövrdə bizimlə birlikdə işə gedir, təsərrüfatla məşğul olurdular. 1988-ci ildən əvvəl bu mahalda mehribançılıq hökm sürürdü. Lakin sonradan bizimlə dostluq edən ermənilərin də əllərində üstümüzə tuşlanan silah gördük...
 kend.jpg (59 KB)
Oxuduğum məktəbdə ermənilər çox idi. Onlardan biri son günlər adı tez-tez hallanan Kamo Ağacanyan (qondarma rejiminin “milli təhlükəsizlik xidmətinin” rəhbəri ) idi. Deyim ki, Axulluda məktəb olmadığı üçün biz Edillidəki məktəbə gedirdik. Edillidə isə daha çox ermənilər yaşayırdı.  Kamo məndən 3-4 yaş kiçikdir. Onun atasının adı Əkbər Kərimov, nənəsinin adı Münəvvər idi. Kamonun atası azərbaycanlı, anası erməni idi. Ancaq bir iş vardı ki, onun atası bir az, necə deyim, ermənipərəst idi, heç zaman bizim dilimizdə danışmırdı. Onlar bizimlə qonşuluqda yerləşən Edilli kəndində yaşayırdılar. Kamonun atası azərbaycanlıların bağında işləyirdi. İşə də elə azərbaycanlılarla gedib-gəlirdi. Ancaq sonra o da bizimkilərə qarşı dönük çıxdı, ermənilər tərəfdə bizə qarşı vuruşdu. Oğlu da onunla birlikdəydi. Çox fəallıq etmişdi deyə onu qabağa çəkdilər. Sonradan eşitdik ki, general-filan olub".
5001_0.jpg (66 KB)
                            Araik Arutyunyan və Kamo Ağacanyan Xankəndidə bunkerdə
M.Qasımov deyib ki, o, zaman oxuduğu məktəbdə onlara dərs deyən erməni hərbi müəllimlər müharibə başlayanda əllərinə silah alıb, azərbaycanlılara qarşı döyüşüblər: "Kamonun özü də heç zaman azərbaycanlılara qarşı xoş münasibət göstərmirdi. Uşaq olsa da, anası öyrədirdi ki, ermənilərlə oyna, azərbaycanlılara yaxın getmə. Biz futbol oynamağa gedəndə o da ermənilərlə oynayırdı, bizim tərəfə gəlmirdi. Uşaq olsa da, nəyə görəsə bizə qarşı kin-küdurəti böyük idi. Görünür, bu onun erməni anasından və ermənilərə yıxılmış atasından gəlirdi.
İndi sevindirici haldır ki, torpaqlarımız artıq onlar kimi murdarlardan təmizlənir. Tezliklə vətənimizə dönəcəyimiz günü gözləyirəm. Oranın hər qarışı bizimdir, bizə əzizdir”.
P.S. M.Qasımovun istəyini nəzərə alaraq, onun fotoşəklini yaymadıq.
Əli Rais,
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar