Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qarabağa yeridilən Rusiya desantı Gəncə diviziyasının bazasında yaradılıb

11-11-2020, 13:29   


Rusiyanın Dağlıq Qarabağa yeritdiyi sülhməramlı kontingentin əsasını Ulyanovskda dislokasiya edilmiş 31-ci desant briqadası təşkil edir. Bu haqda tanınmış rusiyalı hərbi müxbir Aleksandr Sladkov yazır.
Onun bildirdiyinə görə, briqada “həqiqətən sülhməramlıdır”, onun döyüşçüləri yerli əhali ilə ünsiyyət vərdişlərinə, nəzarət-buraxılış məntəqələri təşkil etmək və orada xidmət aparmaq bacarıqlarına malikdir. Briqadanın hərbçilərindən kim Avropa dillərindən biri bilirsə onun maaşına 15 faiz əlavə edilir, Asiya dillərindən birini bilənə isə 30 faiz artıq maaş verilir.


Desant briqadası atəşkəs rejiminin pozulması hallarına yol verənləri “sürətlə və ağrılı şəkildə əzmək” imkanındadır. Onun tərkibində desant-həmlə və paraşüt-desant batalyonları, kəşfiyyat batalyonu və xüsusi təyinatlılar rotası yer alır. “Bundan əlavə 31-ci briqada Gəncədəki keçmiş 104-cü desant diviziyasının (sovet ordusu) bazasında formalaşdırılıb, həmin diviziya Azərbaycanı 1990-cı illərin əvvəllərində tərk edib. Beləliklə, Stepanakertə (Xankəndi) hansısa təvazökar oğlanlar deyil, xalq diplomatları və geri çəkilmək, uduzmaq təcrübəsi olmayan hərbi hissənin əsgərləri gedir. Bəli, kontingentin əsasını Mərkəz hərbi dairəsinin 15-ci Samara sülhməramlı briqadasının hərbçiləri təşkil edir. Hər şey düz təşkil edilib-desantura yürüş edir və ardınca piyadanı dartıb aparır. Beş bal! Bütün təlimlərdə qoşunların qlobal miqyasda marşı boş yerə məşq edilmir”,-jurnalist yazıb.
virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar