Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Koronavirusu təbii yolla bloklayan üç məhsul

4-12-2020, 20:26   


Koronavirusu təbii yolla bloklayan üç məhsul
Şimali Karolina Universitetinin bioloqları koronavirusdan qorunmağa kömək edəcək daha çox məhsul tapıb.
Publika.az xəbər verir ki, araşdırmanın nəticələri “Frontiers in Plant Science” nəşrində yayımlanıb. Bildirilib ki, bəzi məhsulların tərkibindəki maddələr virusun bədəndə çoxalmasına mane olur. Alimlərin fikrincə, muskat üzümü, tünd şokolad və yaşıl çay proteaz fermentləri SARS-CoV-2-ni yaxşı bloklayır. Biologiya professoru De Yu Xie virusun Mpro adlı əsas proteaza sahib olduğunu izah edib.
“Bu, özünün çoxalması üçün lazımdır. Əgər ona təsir etmək mümkün olarsa, virus ölür. Yaşıl çay və üzümdəki maddələr Mpro funksiyasını boğmağa çox müvəffəq olub. Kakao tozu və tünd şokoladdakı birləşmələr proteaz aktivliyini təxminən yarıya endirir” , - alim əlavə edib.
Aytən Məftun
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar