Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

COVID-19-a qarşı peyvənd bu şəxslər üçün təhlükəli ola bilər – DİQQƏT!

25-12-2020, 13:51   


“Bir neçə ölkədə yeni növ koronavirusun mutasiyaya uğramış formasının aşkarlanması insanlar arasında müəyyən təşviş hissi yaradıb. Mutasiyaya uğrayan virusun yeyinti və qeyri-yeyinti məhsulları vasitəsilə ölkəmizə də keçmək ehtimalı ola bilər. Ancaq bu, həmin virusun daha təhlükəli olması demək deyil”.
Anaxeber.info Azərtac-a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib:
“Dünyanı narahat edən həmin mutasiya virusun bir xüsusiyyətini dəyişib və bunun nəticəsində onun yoluxuculuq qabiliyyəti artıb. Azərbaycan da dünyanın bir hissəsidir və onun ölkəmizə gəlmək ehtimalı istisna edilmir”.
Virusdan xilas olmağın yeganə yolu olan vaksinlər gələn ilin əvvəllərində ölkəmizə gətiriləcək. İndi insanları vaksinasiyanın hansı qrup əhali arasında aparılacağı və kimlərin həmin tədbirdən kənarda qalacağı daha çox düşündürür. Mütəxəssislərin dediyinə görə, bəzi xəstələrə peyvəndin əks təsiri də var. Vərəm, kəskin respirator virus xəstəliyi və insult keçirənlər üçün peyvənd təhlükəli ola bilər.
Professor məsələyə aydınlıq gətirərək bildirib:
“Kiminsə xəstəliyi keçirməsi və onu təsdiq edən sənəd varsa, ona mütləq baxılacaq. Hansısa vaksinin yan təsiri və əks-göstərişi varsa, mütləq həmin amillər nəzərə alınacaq. İndi hər yerdə həmin peyvəndin vurulmasına başlanılacağı gözlənilir. Yeni vaksinə böyük ümid bəslənilir. Əlbəttə ki, ilk növbədə vaksinasiyaya risk qruplarından başlanılacaq”.
Peyvənd vurulan zaman insanda heç bir virus və bakterioloji infeksiya, qrip və qızdırma olmamalıdır, çünki adətən vaksinasiyadan sonra insanın hərarəti qalxır və özünü əzgin hiss edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar