Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

2020-ci il nə dərəcədə pis olub? İllərin ən pisimi olub? Bir daha düşünün

28-12-2020, 10:47   



2020-ci il bir çoxumuz üçün çətin və sonu görünməyən video zənglər fonunda keçib.

Bəziləri isə pandemiyaya məruz qalan bu ili "indiyədək yaşadıqları ən pis il" adlandır.

Lakin tarixə retrospektiv nəzər saldıqda görmək olar ki bəzən nəinki belə, hətta bundan da pis illər olub.

Gəlin, 2020-ci ilin bizə atdığı ən pis şeylərə nəzər salaq və digər tarixi düşüşlərlə ilə müqayisə edək.


2020-ci ildə Covid-19 çox sayda insan öldürüb

John Hopkins Universitetinin məlumatına görə, 17 dekabradək Covid-19 koronavirusuna dünyada 74,5 milyondan çox insan yoluxub və 1,6 milyondan çox adam bu infeksiyadan ölüb. Ancaq bu statistika dünyanın ən ağır pandemiyasının statistikasına heç yaxın da gəlmir - tarixdə bundan daha ağır pandemiyalar olub.

"Qara Ölüm" adlı pandemiya vəba epidemiyalarının ən ağır keçəni olub - 1346-cı ildə həmin infeksiyadan Avropada 25 milyon, dünya boyu isə 200 milyona qədər insanı ölüb.

İspan və Portuqaliya ekspedisiyaları 1520-ci ildə Amerika qitəsinə çiçək xəstəliyini gətirdilər, nəticədə, qitənin köklü sakinlərinin 60-90 faizi həmin xəstəlikdən qırılıb.

Avropalılar Amerikaya yerli əhalini məhv edən xəstəliklər gətirdilərŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Şəklin alt yazısı,Avropalılar Amerikaya yerli əhalini məhv edən xəstəliklər gətirdilər

1918-ci ildə İspan Qripi Birinci Dünya Müharibəsindən sonra geri dönən əsgərlər tərəfindən dünyaya yayılmış və 50 milyona qədər insanın ölümünə səbəb olmuşdu. Bu, o dövrdəki dünya əhalisinin 3-5 faizi demək idi.

HİV/AIDS virusu 1980-ci illərdə epidemiyanın başlamasından bəri 32 milyondan çox insanın ölümünə səbəb olub.

2020-ci ildə bir çox insan işini itirib

Pandemiyanın iqtisadi fəsadları çox böyük olub və dünyada insanların yaşayış tərzinə təsir göstərib.

Lakin işsizlik səviyyəsi hələ 1929-1933-cü illərdəki Böyük Tənəzzül dövründə müşahidə olunan səviyyəyə çatmayıb.

1933-cü il isə olduqca ağır bir il olmuşdu. Almaniyada hər üç nəfərdən biri işsiz idi, hakimiyyətə isə Adolf Hitler adlı bir populist siyasətçi gəlmişdi.

Böyük Depressiyanın yaratdığı iqtisadi təlatümlər Hitler kimi "populist siyasətçilər" üçün fürsət yaratmışdıŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Şəklin alt yazısı,Böyük Depressiyanın yaratdığı iqtisadi təlatümlər Hitler kimi "populist siyasətçilər" üçün fürsət yaratmışdı

2020-ci ildə dostlarımı görə bilmədim

Düzdür, dünyanın böyük bir hissəsində bütün il boyu insanlar yaxınları və doğmaları ilə görüşə bilməyib.

Lakin 536-cı ildə dünyanın əksər hissəsində sakinlər səmanı belə görə bilməyiblər.

Harvard universitetinin Orta Əsr tarixçisi və arxeoloqu Michael McCormick-ə görə, o zaman sirli bir duman Avropa, Orta Şərq və Asiyanın bəzi bölgələrini 18 ay ərzində gecə-gündüz qaranlığa qərq etdi.

2020 il olduqca qan qaraldıcı ola bilər, ancaq göy üzünə heç olmasa baxa bilmişikŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Şəklin alt yazısı,2020 il olduqca qan qaraldıcı ola bilər, ancaq göy üzünə heç olmasa baxa bilmişik

Onun fikrincə, həmin zaman kəsiyi dünyanın əksər hissəsində yaşamaq üçün "ən pis dövrlərdən biri olub."

Bu, son 2300 ilin ən soyuq onilliyinin başlanğıcı idi - əkin sahələrinin məhsulu puç oldu, insanlar ac qaldı.

Ehtimallara görə, həmin duman İslandiyada və ya Şimali Amerikada vulkan püskürməsi nəticəsində əmələ gəlib və vulkanın atdığı kül və köz kütlələri küləklər vasitəsilə bütün şimal yarımkürəsinə yayılıb.

Guman edildiyinə görə, vulkanik duman Avropanı və daha sonra Asiyanı bürüyərək fəlakətli bir şəkildə havaların soyumasına gətirib çıxarıb.

2020-ci ildə insanlar tualet kağızı ehtiyatı yaradıb

Heç olmasa tualet kağızımız var.

Roma İmperiyası dövründə yaşadığınızı bir anlığa təsəvvür edin - o dövrlərdə ayaqyoluna getdikdən sonra bədənin müvafiq alt hissəsini nəcis izindən təmizləmək üçün insanlar tersorium adlı çubuğa sarılmış kommunal süngərdən istifadə edirdilər.

2020-ci ildə tətili xaricdə keçirməyin mümkünsüzlüyü

Bu il, həqiqətən, qlobal turizm üçün tarixən pis bir il oldu.

Ancaq evdə özünüzü biraz təcrid olunmuş kimi hiss edirsinizsə, əcdadlarımızın nə çəkdiyini düşünün.

Afrikanın cənub sahillərindəki torpaq zolağı insanların bir bioloji növ kimi ən çətin durumda xilas olunmasına şərait yaradıbŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Şəklin alt yazısı,Afrikanın cənub sahillərindəki torpaq zolağı insanların bir bioloji növ kimi ən çətin durumda xilas olunmasına şərait yaradıb

Təxminən 195 min il bundan əvvəl homo sapiens olduqca sərt səyahət məhdudiyyətləri ilə qarşılaşmışdı.

Bu, "Dəniz İzotop Mərhələsi 6" adı ilə tanınan on min illər sürən olduqca soyuq və quraqlıq dövrün başlanğıcı idi.

İnsan Mənşəyi İnstitutunun arxeoloq professoru Curtis Marean kimi bəzi alimlər bunun nəticəsində yaranan quraqlığın bir bioloji növ kimi insan nəslini az qala məhv olma həddinə çatdırdığını düşünür.

Onun sözlərinə görə, bəşəriyyətin həmin sınaqdan sağ çıxması Afrikanın cənub sahillərindəki torpaq zolağına sığınması və burada dəniz məhsulları ilə qidalanmağa öyrəşməsi nəticəsində mümkün olub.

2020-ci ildə polis qəddarlığı xəbər başlıqlarına çıxıb

ABŞ-da George Floyd-un ölümü, Nigeriyada EndSARS hərəkatı, Kolumbiya, Hong Kong, Fransa və bir çox digər yerlərdə baş vermiş hadisələrlə bağlı 2020-ci ildə polis qəddarlığı əsas mövzulardan birinə çevrildi.

Təəssüf ki, bu, yeni bir şey deyil. 1992-ci ilin aprelində, Los Angeles-dəki iğtişaşlara, qaradərili ABŞ vətəndaşı Rodney King-in videoya çəkilmiş döyülməsindən sonra dörd ağdərili polis əməkdaşına bəraət verilmişdi.

Bir neçə gün ərzində davam edən iğtişaşlar nəticəsində azı 54 nəfər ölmüş, şəhərə 1 milyard dollar həcmində ziyan dəymişdi.

Los Angeles şəhərində fövqəladə vəziyyət elan edilmişdi.

1992-ci ilin aprelində Los Angeles-dəki iğtişaşlara Rodney King-in ağdərili polislər tərəfindən döyülməsi gətirib çıxarmışdıŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Şəklin alt yazısı,1992-ci ilin aprelində, Los Angeles-dəki iğtişaşlara, qaradərili ABŞ vətəndaşı Rodney King-in videoya çəkilmiş döyülməsindən sonra dörd ağdərili polis əməkdaşına bəraət verilmişdi.

2020-ci ildə Beyrut limanı partlayış nəticəsində dağılıb

Avqustun 4-də Beyrut limanında təhlükəsizlik qaydalarının pozuntusu ilə saxlanılan təxminən 2750 ton ammonium nitratı yükü təsadüf nəticəsində partlayaraq liman ərazisində böyük dağıntılara səbəb oldu.

Bu partlayış nəticəsində 190 adam həlak oldu, 6000-dən çox şəxs yaralandı.

Ekspertlərə görə, həmin partlayış tarixdə ən böyük qeyri-nüvə partlayışlardan biri olub: partlayışın gücü bir kiloton trotila bərabər olubmuş. Bu, Hiroşimaya atılmış nüvə bombasının iyirmidə bir hissəsi deməkdir.

Ancaq 1984-cü ilin dekabrında Hindistanın Bhopal şəhərində müasir tarixin ən dəhşətli sənaye fəlakətlərindən birinin baş verməsi nəticəsində, yaxınlıqdakı kimya zavodunda baş vermiş sızmadan minlərlə insan ölmüşdü.

Hindistan hökuməti bir neçə gün ərzində təxminən 3500 adamın öldüyünü, ölümcül ağciyər xəstəlikləri nəticəsində isə sonrakı illərdə 15 mindən çox şəxsin öldüyünü açıqlamışdı.

Şəhəri bürüyən ölümcül dumanın təsiri onilliklər ərzində özünü göstərməkdə davam edib.

2020-ci ildə meşə yanğınlarında milyardlarla heyvan ölüb və ya yerlərini tərk edib

Avstaliyanın dağıdıcı (2019-cu ilin sonunda başlayan) meşə yanğınları zamanı təqribən üç milyard heyvan qırılıb və ya ənənəvi yerlərini tərk edib.

Avstraliyada meşə yanğınları nəticəsində böyük sayda müxtəlif heyvan növləri qırılıb və ya qaldıqları yerləri tərk etməyə məcbur olubŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Şəklin alt yazısı,Avstraliyada meşə yanğınları nəticəsində böyük sayda müxtəlif heyvan növləri qırılıb və ya qaldıqları yerləri tərk etməyə məcbur olub

Yanğınlar nəticəsində azı 33 nəfər ölüb. Bununla yanaşı, keçən yay Avstraliyanın böyük bir hissəsini bürümüş böyükmiqyaslı yanğınlar ölkənin unikal canlı təbiətinə böyük ziyan vurdu. Məməlilər, sürünənlər, quşlar və qurbağalar yanğın nəticəsində və ya vərdiş etdiyi yerləri tərk etdiyindən qırıldı.

Lakin 1923-cü ilin sentyabrında zəlzələ nəticəsində baş vermiş yanğınlar Yaponiyada Tokyo ilə Yokohama şəhəri arasındakı ərazidə 140 mindən çox insanın əksəriyyətinin ölümünə səbəb oldu.

İşıqucu

Beləliklə, 2020-ci il bir çox cəhətdən inanılmaz dərəcədə çətin bir il oldu.

Pandemiya bizi vahimə içində alış-veriş etməyə və sosial məsafə salmağa məcbur etdi, dörd divar arasında qalmaqdan bezdik, sonsuz dərəcədə özümüzü dezinfeksiya etdik, dirsəklərimizlə salamlaşdıq.

Ancaq sosial mediada məyusedici xəbərlər əvəzinə poztiv məlumatlara diqqət yetirək.

Çünki bu il həm də qadınların siyasətdə təmsilçiliyinin artdığı ildir. 2020-ci ildə qadının dövlət başçısı olduğu ölkələrin sayı 1995-ci ildə 12 idi isə, indi bu göstərici 20-yə çatıb.

BMT hesabatında qeyd olunduğu kimi, qadınların dünya boyu parlamentlərdəki təmsilçiliyi 2020-ci ildə iki dəfədən çox artaraq 25 faizə çatıb.

Kamala Harris ABŞ-ın vitse-prezidenti seçilən ilk qadın, ilk qaradərili qadın, ilk Cənubi Asiya mənşəli və valideyinləri immiqrant olan ilk qız övladı kimi tarixə düşübŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES
Şəklin alt yazısı,Kamala Harris ABŞ-ın vitse-prezidenti seçilən ilk qadın, ilk qaradərili qadın, ilk Cənubi Asiya mənşəli və valideyinləri immiqrant olan ilk qız övladı kimi tarixə düşüb

Məhz bu il ABŞ-ın vitse-prezidenti seçilən ilk qadın, ilk qaradərili qadın, Cənubi Asiya mənşəli ilk insan və valideyinləri immiqrant olan ilk qız övladı kimi Kamala Harris tarixə düşüb.

Dünya boyu insanlar irqi bərabərsizliyə qarşı nəhəng miqyas alan nümayişlərdə iştirak edərək gələcəkdə dəyişikliklərin olacağına ümid yaratdılar.

Ətraf mühit üçün də yaxşı bir xəbərlər olub, çünki getdikcə daha çox şirkət karbon qazı tullantılarını azaltmağa söz verib. Belə vəd verənlərin cərgəsinə Facebook, Ford və Mercedes-Benz kimi şirkətlər də qoşulub.

Bu ilin oktyabr ayında Nasa Ayda əvvəlcədən düşünüləndən daha çox miqdarda suyun olduğunu bəyan edib, bu isə gələcək missiyaları davam etdirməyə kömək edə biləcək bir kəşf sayılır.

Hər halda ümid edək ki, 2020-ci ilin pandemiyasından müəyyən dərs ala bilmişik.

Bir şey dəqiqdir ki, əvvəlkinə nisbətən indi insanlar əllərini daha çox yuyurlar!

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar