Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Dünya son 50 ildə olduğundan daha sürətli fırlanır” – Mütəxəssislər bir günün 24 saat olmadığını iddia edirlər

9-01-2021, 19:39   


Son 50 ildə dünya hər zamankındən daha sürətli fırlanır. Bu da günləri qısaldır.

Kainat, planetlər və əlbətdə ki, Yer üzərində aparılan araşdırmalar hər zaman insanların maraq dairəsində olub. Bu araşdırmalar gün keçdikcə davam edir və yeni maraqlı detallar ortaya çıxır. Yer Günəş ətrafında hərəkət edərkən eyni zamanda öz oxu ətrafında da fırlanır.
Yer öz oxu ətrafında 24 saat ərzində döndüyü üçün bir gün 24 saat olaraq hesablanır. Həqiqətən araşdırmalara görə, Yer kürəsi son 50 ildə hər zamankındən daha sürətli dönməyə başlayıb. Bu da günlərin qısalmasına gətirib çıxarır.

Bəs bu mövzuda alimlərin fikirləri nədir?

Günün uzunluğu barədə dəqiq qeydlər 1960-cı illərdən bəri atom saatlarından istifadə edilərək izlənilir.
DÜNYA
“The Telegraph” nəşrinin yazdığına görə, 2020-ci ilin ortalarından bu günə qədər günlər artıq 86.400 saniyədən, yəni 24 saatdan daha azdır. Mütəxəssislər bu fərqi aradan qaldırmaq və zamanı Yerin öz ətrafında fırlanması ilə paralel vəziyyətə gətirmək üçün saniyələrin silinib silinməməsini müzakirə edirlər.
Mütəxəssislər ortaq məxrəci tapmaq üçün "mənfi sıçrayış saniyəsindən" istifadə etməyi düşünürlər ki, bu da əvvəllər heç vaxt sınanmayıb.
Lakin 1970-ci illərdən bəri atom saatı ilə günəş vaxtının uyğun olması üçün 27 "sıçrayış saniyəsi" əlavə edilib.
DÜNYA

Araşdırmalara görə, 19 iyul 2020-ci il tarixində gün 24 saatdan 1,4602 milisaniyə qısadır. Bu, 1960-cı illərdən bu yana qeydlərin aparılmasına başlandığından bəri ən qısa gün olub.
2020-dən əvvəl ən qısa gün 2005-ci ildə olub. Lakin son 12 ayda bu rekord 28 dəfə qırılıb. Gündəlik həyatda 0,5 saniyə ərzində itkilər aşkarlanır, ancaq bu kiçik itkinin böyük təsirləri var. Xüsusilə peyklər və rabitə avadanlığı Ay, Günəş və digər ulduzların mövqelərinə baxılaraq təyin olunan günəş vaxtı ilə nizamlanan real zamana əsaslanır. Buna görə bu 0,5 saniyəlik fərq son dərəcə vacibdir.


ABŞ Milli Fiziki Laboratoriyasının tezlik və zaman mütəxəssisi Peter Viberley məsələ ilə bağlı bunları deyib: ““Tamamilə doğrudur ki, hazırda Yer kürəsi son 50 ildə digər dövrlərdən daha sürətli fırlanır. Yerin fırlanma sürəti daha da artarsa, "mənfi sıçrayış saniyəsi"nə ehtiyac var, ancaq bunun baş verəcəyini söyləmək hələ tezdir. Əvvəllər Yer öz oxu ətrafında yavaş-yavaş fırlandıqca 24 saata saniyələr əlavə olunurdu, lakin bu müddətin qısalması saniyələrin dəyişdirilməsi məsələsinə son qoya bilər".

Turan Oruc
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar