Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Emin Ağalarovun sevgilisinin ad gününü! - FOTOLAR

8-08-2016, 12:09   


Rusiyada yaşayan azərbaycanlı milyarder Emin Ağalarov yenidən eşq həyatını gündəmə gətirib.

1Xəbər.com-un məlumatına görə, müğənni-bəstəkar model sevgilisi Alyona Qavrilovanı ictimai şəkildə, daha dəqiq desək, sosial şəbəkədə ad günü münasibətilə təbrik edib.



Bu təbrikin ardından isə birlikdə əyləndikləri zaman çəkdiyi selfini paylaşıb. Selfidə cütlükdən savayı daha dörd qız görünür.



1Xəbər.com-un araşdırmasına görə, Alyona Qavrilova bundan öncə rus oliqarx Rustam Tariko ilə qeyri-rəsmi nikahda yaşayıb. 29 yaşlı eks-model Alyona “Miss Mordova 2004” müsabiqəsindən məşhurlaşıb.

Daha sonra özündən 25 yaş böyük, milliyətcə tatar olan Rustam Tariko ilə sevgili olub. Alyona ona Rustam adlı oğul dünyaya gətirsə də, çox keçməmiş oliqarx ondan ayrılıb.

Aprel ayından birgə görünməyə başlayan Emin və Alyona bugünlərdə sevgi yaşadıqlarını etiraf etdilər. Pop-starın hətta eks-modelə evlilik təklif etdiyi də gündəmdədir.

Xatırladaq ki, 36 yaşlı Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə evli olub. Keçən ilin may ayında rəsmən boşandıqlarını elan edən cütlüyün Mikayıl və Əli adında əkiz oğulları var.






Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar