Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Yumurta qoxusu

21-08-2016, 10:57   


…Bir yaz günü Markes getdi. Darıxırdı.Gül qoxusuna ehtiyacı var idi... Hər kəsin bu qoxuya ehtiyacı olduğu kimi! Soyuq fevral günü. Eko dediki, qızıl gülləri gətirin. Gedirəm, Markesin ziyarətinə. Mən onu tək qoya bilmərəm. Markesi tək qoymaq ədəbiyyatı tək qoymaqdır. Hələ insanlığı demirəm... Eko yazı, yayı gözləmədən getdi "Patriarxın payızı” nı yazan oğlanın görüşünə. Maraqlı olsa da, bu bir faktdır. Biz gənclərdə bunlara şahidik. Hətta bu cür qələm sehrbazları ilə eyni əsrdə yaşayırıq. Nə xoş, nə incə təsadüf. Ailədə, yaşadığı cəmiyyətdə baş verən hüznləri, qəbul olunan və olunmayan faktları sevərək, zövqlə, araşdıraraq, xoşbəxtcəsinə yazan bir yazar var. Onun adı Orxandır.Gənc yazarlarımızdan birinin ruhu Pamukla qardaşdır.Onu tanıdığım zamandan içimdə bu hiss var. Orxan əşyaları, kitabları, qeydləri özünə sirdaş bilir. Yazmağa davam edir.Və hələ də romanları sevərək oxunur. Bir zamanlar Pamuka yumurta atan oğlanlara zaman və ədəbiyyat gül atacaq. Yumurta qoxusu qaldıqca ürək bulandırır. Kitab səhifələrində qalan güllər qaldıqca dəyərli olur.Necəki, şərab qaldıqca qiymətli olur... Belə. İllər keçəcək Pamukun doğulduğu Nişantaşı ərazisi, hazırda yaşadığı Cihangir küçəsi Pamukun doğulub böyüdüyü, yaşadığı küçə kimi səslənəcək.Məhz o illərdə tarix yumurta atan oğlanlara günaydın deyəcək! Mütləq deyəcək... Markes, Eko bizdən cismanı olaraq uzaqdı! Təbiiki, ruhumuzda və ağlımızda hər zaman var olacaqlar. Biz gənclərin hələki, "Qırmızı saçlı qadın"ı yazan müəllifin izi ilə getmək şansı var! Lütfən Orxan Pamuk, sən getmə! Herman Hesse kimi bizi yalquzaq qoyma! Son. Pamuk: "Mən xoşbəxt yazıçıyam".
Nigar Ismayilqizi
Bir yaz günü…
Bakı-2016
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar