Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Trampı öz klipində oynadan Azərbaycanlı müğənni - Video

9-11-2016, 16:49   
Trampı öz klipində oynadan Azərbaycanlı müğənni - Video
ABŞ-da prezident seçkilərinin nəticələri açıqlanıb. Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ-ın yeni prezidenti seçilib

Politika.Az qaynarinfo.az-a istinadən xəbər verir ki, yeni seçilmiş prezident 2013-cü ildə Emin Ağalarovun “İn Another Life” (“Başqa həyatda”) klipində iştirak edib.

“İn Another Life” klipində ssenariyə uyğun olaraq şirkətin iclasında xəyallar aləminə dalmış müğənni dünya gözəllərinin çevrəsində təsvir edilir.

Klipin sonunda isə xəyallar aləmindən ayılan Emin iclasda olduğunu anlayır və məhz bu məqamda Amerika prezidentliyinə namizəd Donald Tramp meydana çıxır.

Xatırladaq ki, Donald Tramp Seçicilər Kollegiyasının 277 səsini, onun demokrat rəqibi Hillari Klinton isə 215-ni toplayıb.

Politika.Az həmin klipi təqdim edir:
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar