Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“O səs Türkiyə”nin iştirakçısından “İstərəm” mahnısı... – Video

26-01-2017, 21:23   
“O səs Türkiyə”nin iştirakçısından “İstərəm” mahnısı... – Video

“O səs Türkiyə” müsabiqəsindəki çıxışı ilə tamaşaçıların rəğbətini qazanan, gənc müğənni Mərdan Kazımov repertuarına yeni mahnı daxil edib.

Musavat.com xəbər verir ki, sözləri və musiqisi Vəfa Axundovaya məxsus olan bəstə “İstərəm” adlanır.

Mahnı haqda düşüncələrini bölüşən ifaçı bildirib ki, bəstəni sevə-sevə səsləndirib: “Bir müddət öncə anama həsr etdiyim “Ana” mahnısını təqdim etmişdim. Bu gün isə sevgidən bəhs edən “İstərəm” mahnısını dinləyicilərin ixtiyarına verdim. Gənc müğənni olaraq fəaliyyətimi gözəl şəkildə davam etdirməyə çalışıram. Bəstəni eşidəndə çox bəyəndim, məni uzaqlara apardı. İnanıram ki, dinləyicilər də yeni ifamı bəyənəcək və bu mahnı sevənlərin “Sevgi himni” olacaq”.

Qeyd edək ki, müsabiqədə “La la la” mahnısını ifa edən Mərdan Ebru Gündəşlə Hadisənin diqqətini çəkə bilmişdi. İştirakçı sonda Ebru Gündəşi seçmişdi.

Könül,
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar