Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Mübariz Mənsimov Gülbən Ərgəni təəccübləndirdi

17-04-2014, 07:02   

Türkiyəli müğənni Gülbən Ərgənin “Show TV”də yayımlanan “Gülbən” adlı verilişində dünən maraqlı anlar yaşanıb.
anaxeber.info-ın məlumatına görə, sənətçi verilişdə xərçəng xəstəliyindən əziyyət çəkən Dəniz, Məhəmməd və Tuana adlı üç azyaşlı uşaqdan danışıb. G.Ərgən bu körpələrin müalicəsi üçün çox pul tələb olunduğunu və bunun yalnız xaricdə gerçəkləşə biləcəyini elan edib. Uşaqlara görə imkanlı şəxslərə müraciət edən Gülbənə azərbaycanlı biznesmen, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovdan cavab gəlib. O, Tuana adlı körpənin müalicəsi üçün lazım olan 500 min avronu verəcəyini bildirib. Bu barədə Tvitter hesabında yazan Gülbən Ərgən azərbaycanlı iş adamına təşəkkür edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar