Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Dedilər ki, düşün anan ölüb…”

22-04-2014, 14:59   

Azəri qızı Günel tanınmış prodüser-aparıcı Acun Ilıcalının kanalı “TV8”də yayımlanan “Aramızda kalsın” proqramının qonağı olub.
Ifaçı verilişin aparıcıları Pelin Çini ile Salih Keçecinin suallarını cavablandırıb.

“Müğənni olmasam, yenə də incəsənət adamı olardım. Yağlı boya ilə şəkil çəkirəm, rəssam da ola bilərdim. Rəqslə, folklorla məşğul oluram. Dedektiv və ya vəkildə olmaq istəyirdim. Hər şeylə maraqlanıram. Lakin dedi-qodu etməyi sevmirəm, başqasının arxası ilə danışmaq mənə yaraşmaz”-, deyən ifaçı daha sonra uşaqlıq xatirələrindən danışıb:

“On iki yaşımda Türkiyəyə gəldim, ilk olaraq “Didem” mahnısını ifa etdim, klip çəkdirdik. Bir müddət sonra ”Beni anneme götürün” mahnısını yazdırmaq üçün studiyaya getdim, mahnını duyğusal oxumalıydım. Dedilər ki, düşün anan ölüb. On üç yaşım vardı, ağlamağa başladım, dedim oxumayacam. Ağlaya –ağlaya oxudum. İbrahim Tatlısesi aldatmaq olmur”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar