Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Lotu Quli ilə sevgili olduğunu inkar etməyən Afaq Aslan: "Kamran Həsənli, mənimlə oynama"

19-03-2018, 15:28   




Yerli şou-biznesdə son günlər müzakirə olunan mövzulardan biri də müğənni Afaq Aslanla aparıcı Kamran Həsənli arasında yaşanan qalmaqaldır.

Cebhe.info-nun məlumatına görə, aparıcı Kamran Həsənli aparıcısı olduğu “Onda başladıq” verilişində Afaq Aslanı efirdə “müğənni olmaq istəyən Afaq Aslan” kimi təqdim etmişdi. Afaq isə aparıcının bu təqdimatını bəyənməyib və bununla da aparıcı ilə müğənni arasında qalmaqal yaşanıb.

Müğənni aparıcının bu təqdimatına bərk əsəbləşib. Qarşı tərəfə “Samir Piriyevə pul ataraq, yenidən efirə qayıdıb aparıcılıq etməyə üz lazım idi” deyərək, verilişi tərk edib.

Daha sonra müğənni Kamran Həsənliyə video müraciət ünvanlayıb. O, gözünü yumub, ağzını açıb: 

“Əslində Kamran Həsənli adlı bir aparıcı tanımırdım. Amma bir ara mediada onun haqqında xəbərlər yazılmışdı ki, fırıldaqçıdır. Samir Piriyevdən pul alıb, qaytarmayıb. Başa düşürəm ki, yeni veriliş açıb, reytinqini kiminsə üzərində qurmalıdır. Amma Kamran Həsənli, mən sənin üçün “yem” deyiləm. Sənin verilişinə reytinq lazımdırsa, onu get, başqa müğənnilərin üzərində qur. Məni başqa müğənnilərlə qətiyyən səhv salma! Yumaram gözümü, açaram ağzımı. Özün də çox gözəl bilirsən ki, bu şou-biznesdə bütün müğənnilər məndən ehtiyat edir. Sənin barəndə bildiyim elə sirlərin üstünü açaram ki, biabır olarsan. Sən hələ get camaatdan aldığın borcları qaytar. Sən kimsən ki, mənim adımı da dilinə alırsan? Sən yaxşı aparıcı olsaydın, səni aparıcı kimi o kanaldan bu kanala atmazdılar. Aparıcı kimi özün özünü tapmamısan. Kamran Həsənli, mənimlə oynama. Mənə ilişən xeyir tapmır. Ona görə də həddini bil, ağıllı ol. Danışığına yiyəlik etməsən, səninlə başqa cür danışacağam”.

Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, indiyə kimi bir çox həmkarları ilə söz davasına çıxan Afaq Aslan indiyədək heç kimi hədələməyib. Olmaya, ifaçı bu cürəti hazırda şəxsi münasibətdə olduğu deyilən sevgilisi, kriminal avtoritet Nadir Səlifovdan (Lotu Quli) alır?

Yeri gəlmişkən, Afaq Aslan şəxsi “Instagram” səhifəsində bioqrafiyasına özünün və sevgilisinin baş hərfini (A-N) qeyd edib. Aslan, 100 minə yaxın izləyicisi olan səhifəsində yalnız kriminal avtoritetə məxsus olan səhifəni izləyir. Afaq Aslanın Türkiyəyə son zamanlar tez-tez səfər etməsi ilə yanaşı bu iki nüansın onun Nadir Səlifovla münasibətlərin olması haqda yayılan xəbərlərin daha da güclənməsinə səbəb olub.

Daha bir məqam isə qarşı tərəfin, yəni, Kamran Həsənlinin susmasıdır. Bununla bağlı aparıcı ilə əlaqə saxladıq, münasibətini öyrənmək istədik ki, görək hansı səbəbə görə qarşı tərəfin təhqir və hədələrini cavabsız buraxıb. Kamran Həsənli "Lotu Quli"nin adını eşidən kimi danışa bilmədiyini bildirib, tələsik sağollaşdı.

Müğənni Afaq Aslan da məsələyə münasibət bildirib. O, Nadir Səlifovla (Lotu Quli) sevgili olmağını nə təsdiq, nə də inkar edib, sadəcə susmağa üstünlük verib:

“Kamran araya çox adamlar salıb, deyib ki, məni Afaqla görüşdürün, ona üzrxahlıq edim, mən isə bunu qəbul etməyəcəyəm. Mənim zaman-zaman şou-biznes nümayəndələri ilə sözüm çəp gəlib. Demək ki, Kamran Həsənli başından böyük qələt edib və layiq olduğu cavabı da alıb. Nadir Səlifov məsələsinə gəlincə mən o barədə heç nə danışa bilmərəm. Yox, qəti sürətdə danışa bilmərəm. Ümumiyyətlə, o mövzuda danışmaq istəmirəm. Kamran Həsənlinin mənim dediklərimin qarşısında cavab verməyə hünəri çatmır. Mən qadınam, o, kişidir. Haqqımda dediyi sözlərin arxasında dura bilmir, qarşıma çıxmağa hünəti çatmır. Onun hünəri, cəsarəti bir ona çatır ki, haqqımda sifarişli yazılar yazdırır”.

Aysel
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar