Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Kurtlar Vadisi Afrin" gəlir? ƏRDOĞANLA “POLAT ƏLƏMDAR” ARASINDA DİALOQ, VİDEO

6-04-2018, 20:00   



Yəqin xatırlayırsınız, bir neçə gün öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi geyimdə Suriya sərhədinə ən yaxın məntəqə olan Oğulpınar Sərhəd Nəzarət Buraxılış Məntəqəsinə səfər etmişdi.

Virtualaz.org yerli KİV-ə istinadən xatırladır ki, səfərdə şou-biznesin və idman aləminin məşhur simaları prezidenti tək qoymayıblar.

“Kurtlar Vadisi” serialının baş qəhrəmanı Necati Şaşmaz (Polat Ələmdar) da həmin sənətçilər arasında olub.

Görüşdə Müdafiə Nazirliyinin Baş Qəragah rəisi Hulusi Akar, Ərdoğan və Necati Şaşmaz arasında maraqlı dialoq keçib.

H.Akar “Kurtlar Vadisi Afrin” serialının çəkilməsini təklif edib. Aktyor “Ola bilər, əfəndim, məncə, çox yaxşı fikirdir”, - deyə cavab verib.

Ərdoğan isə dialoqa “Polat İdlibə də girə bilər yəni” sözləri ilə qoşulub. N.Şaşmaz prezidentin bu sözlərini “Baş komandirim əmr edərsə, anında” cümləsi ilə cavablandırıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar