Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kosmetoloq Elnarənin növbəti qurbanı məhşur simadır: ''Elə hala düşdüm ki...'' - video

30-05-2018, 10:00   
 


Kosmetoloq Elnarənin növbəti qurbanı məhşur simadır: ''Elə hala düşdüm ki...''




Adı pasientlərinin dodaqlarını yandırmaqda günahlandırılan kosmetoloq Elnarə Rzayevadan bu dəfə məhşur sima şikayətçidir. Model və rəqqasə Esmira Yusifova E.Rzayevanın onun dodaqlarını yandırdığını iddia edir. E.Yusifova Criminal.az saytına bildirdi ki, E.Rzayevanın dodağındakı süni gelin yox edilməsi adı ilə həyata keçirdiyi prosedurlar təmənnasız edilib: 



''Elnarə mənə təkif etdi ki, dodaqlarımdakı geli pulsuz yox edəcək, mən də onu reklam edəcəm. Bu razılaşma düz bir il əvvəl olub. Elnarə dodaqlarıma bir ay ərzində iynələr vurdu. Dodaqlarım çirk etməyə başladı. Daha sonra isə yandırmağa başladı. Dodaqlarım pis vəziyyətə düşdü. Elə hala düşdüm ki evdən bayıra çıxa bilmədim. Dedi döz, ürəyin nə istəsə edəcəm, qapım üzünə hər zaman açıqdır. Sual verdim ki, axı sən məni əvvəldən niyə aldatdın ki? Dedi ki, əvvəldən desəydim qorxub etməyəcəkdin. İki ay sonra yenidən dodaqlarımı yandırmaq istədi, imkan vermədim. Belə olanda dedi ki, səni də kosmetoloq Rəna pulla öyrədərək üstümə göndərib. Dedim sən məni kiminləsə səhv salma, özümü pula satan adam deyiləm''.
 
Məsələ ilə bağlı E.Rzayeva ilə danışmaq mümkün olmadı. Lakin o, ittihamları qəbul etmir. Özü haqda yayılan xəbərləri süni dodaq gelinə qarşı mübarizə apardığına görə, rəqib kosmetoloqlar tərəfindən ona qarşı aparılan ''qara piar'' adlandırır. E.Rzayeva dəfələrlə mətbuat və sosial şəbəkələr vasitəsilə bildirir ki, dünyada süni dodaq gelini əməliyyatsız məhv edən yeganə mütəxəssisdir. 
Bundan başqa, hamını inandırmağa çalışır ki, gelsiz və əməliyyat edilmədən burunun kiçildilməsini həyata keçirir. Hətta bu ''yeniliyinə'' görə xarici telekanallara dəvət edilməsi ilə öyünür. Elnarə Rzayevanın süni dodaq gelini məhv etmək, burunu kiçiltmək üçün vurduğu bir iynənin qiyməti 400 manatdır. Prosedurun 2 və ya 3 dəfə təkrarlanması mümkün olsa da, 400 manat bir seans üçün nəzərdə tutulub. Criminal.az-ın apardığı araşdırma nəticəsində məlum oldu ki, süni dodaq geli ilə mübarizə apardığını deyən E.Rzayeva əslində özü də bu prosesdə iştirakçıdır. O, izləyicilərinin ''süni dodaq geli vursunuzmu'' suallarına müsbət cavab verir, hətta qiymətlərini də açıqlayır. Bu fakt göstərir ki, E.Rzayevanın süni dodaq geli ilə mübarizəsinə görə rəqibləri tərəfindən hücum edilməsi ilə bağlı fikirləri özünümüdafiədir. E.Rzayeva bir ədədi 400 manat olan ''sehrli'' iynə haqda isə açıqlama vermir.  
Yada salaq ki, E.Rzayevanın əməliyatsız, iynə ilə suni dodaq gelinin məhv edilməsi proseduru da uğursuz nəticələr verib. Onun prosedurlarının qurbanı olduğunu deyən bir neçə şikayətçi Criminal.az saytına üz tuturaq dodaqlarının yandırıldığını, burunlarının isə iynədən sonra kiçilmədiyini bildirmişdi. Onlar arasında Validə Firidunova, Aygün Məmmədova, G.O-ova, X.F.-eva, E.M-ova və digərləri var. Onlar başlarına gələnlərə bağlı E.Rzayevaya müraciət edəndə təhqir və şantajlara məruz qaldıqlarından hüquq-mühafizə orqanlarıa müraciət ediblər.
Bütün ittihamlarla bağlı E.Rzayevanın fikirlərini dərc etməyə hazırıq.  
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar