Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Milyonçumuzdan türk aktrisaya əxlaqsız təklif, yoxsa?.. - Foto

5-06-2018, 13:26   




Türkiyəli aktrisa Özgə Borakın sosial şəbəkədəki hesabında azərbaycanlı iş adamının ona 1 milyon dollarlıq əxlaqsız təklif etdiyini yazması birmənalı qarşılanmayıb.

Kult.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri, eləcə də bəzi ziyalılar sözügedən məktubu yazan şəxsin böyük ehtimalla saxta hesab olduğunu bildiriblər.

Hətta bəziləri bunu yazan şəxsin azərbaycanlı iş adamı deyil, Türkiyə vətəndaşı və ya erməni olma ehtimalını da dilə gətiriblər. Onlar, çox güman ki, zarafatyana yazılmış bu məktub vasitəsilə aktrisanın özünü reklam etdiyini vurğulayıblar.

Qeyd edək ki, türkiyəli aktrisa Özgə Borak sosial şəbəkə hesabında özünü azərbaycanlı iş adamı kimi təqdim edən şəxsin ona 1 milyon dollarlıq əxlaqsız təklif etdiyini yazıb:

“Yazdı ki, azərbaycanlı iş adamıyam. Moskvada yaşayıram. Səninlə bir gecə keçirmək üçün 1 milyon dollar ödəməyə hazıram. Hesabınızı söyləyin, elə indi həmin məbləği hesabınıza köçürüm. Heç vaxt mənə gələn mesajları paylaşmıram. Gülməli olanları hərdən sizinlə bölüşürəm. Amma buna nə ad verim, bilmədim. Ən yaxşısı belə cavab verək: - biz bunun serialını çəkmişik, cınım...”

Paylaşılan skrində isə adamın adı-soyadı və kimliyi ilə bağlı heç bir bilgi yoxdur.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar