Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

BİABIRÇILIQ: Həkimin yazdığı dərman Xalq artistini ŞOKA SALDI, səhhəti AĞIRLAŞDI - VİDEO

15-02-2019, 16:24   

 

Xalq artisti Naibə Allahverdiyevanın vəziyyəti qəfil pisləşib.
Publika.az xəbər verir ki, bu barədə aktrisanın özü instaqramda məlumat yayıb. O, xəstəxanada çəkdiyi videonu səhifəsində paylaşaraq özünü yaxşı hiss etmədiyini bildirib. Aktrisanın sözlərinə görə, qan təzyiqi və əsəb problemləri ilə bağlı həkimə müraciət edib:
“Bioloji Təbabət klinikasında həkim sistem şəklində dərman yazdı. Sistemi vurduqdan sonra evə gəldim, heç 15 dəqiqə keçməmişdi ki, halım pisləşdi, hiss elədim ki, üşütmə gedir, bütün bədənimdə üşütmə başladı. Şoka düşmüşdüm. Sonra təcili yardımla məni 1 saylı Tibbi Mərkəzə gətirdilər”.
Aktrisa bildirib ki, vəziyyətinin pisləşməsinə səbəb həkimin yazdığı dərman olub:
“Dərmanlardan şoka düşdüm. Həkim deyir ki, yəqin dərmanın vaxtı keçib, ondan baş verib. Bir-birlərinin üstünə yıxırlar. Biabırçılıqdır. İnsan həyatınızı itirsəydi, nə olardı”.

[media=//www.youtube.com/watch?v=xCZZ8kg1lCg]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar