Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Facebook və İnstagram üçün simasını dəyişdi

23-04-2014, 14:25   
Facebook və İnstagram üçün simasını dəyişdi
"Məni tənqid edənlər az deyil. Deyirlər ki, simamı sanki fotoşop etmişəm. Amma belə deyil. Sadəcə olaraq, daha gözəl görünməyə çalışıram".
ABŞ-ın Kaliforniya ştatındakı Los-Anceles şəhərində yaşayan 38 yaşlı Triana Levey çənə, burun və yanaqlarının formasını dəyişdirmək üçün dəfələrlə plastik cərrahiyyə əməliyyatlarına məruz qalıb. O, botoks və implantatlardan istifadə edib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bütün bunların səbəbi Leveyin smartfonla çəkdiyi fotolarındakı görkəmindən narazı qalması idi.
Daha konkret olsaq, o, "selfie"lərini bəyənmirdi.
Plastik cərrahlara üz tutan Triana əməliyyatlara 15 min dollar xərcləyib.

ABC telekanalındakı "Nightline" proqramına açıqlama verən Triananın sözlərinə görə, Facebook və İnstagram üçün "selfie" fotolar çəkdirəndə yanaqları ilə çənəsinin eybəcər düşməsi onu narahat edirdi.

"Əməliyyatlar iki il ərzində gerçəkləşdi. İndi görünüşümdən qismən razıyam. hər halda əvvəlki təki pis deyil", - Triana Levey deyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar