Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Tom Kruzun yeni sevgilisi

23-04-2014, 14:43   
Tom Kruzun yeni sevgilisi
Tom Kruzun 2012-ci ildə üçüncü arvadı Keti Xolmsdan boşanması çoxları üçün gözlənilmız oldu.

Gün.Az xarici mətbuata istinadən xəbər verir ki, bir zamanlar Keti ona görə “Ən yaxşı qadın rolu” nominasiyasına üzrə “Oskar” mükafatından imtina edib. Belə ki, Tom nominasiyaya təqdim olunmuş “Burada siqaret çəkilir” filmində Keti ilə olan yataq səhnələrinin çıxarılmasını tələb edib. Tom və Ketinin ayrılma səbəbi haqqında aktyorların heç biri açıqlama verməyib. 51 yaşlı Tom Kruz uzun müddət yalnız qalıb, heç kimlə görüşməyib. Lakin bir il əvvəl onu müxtəlif seriallarda epizodik rollara çəkilən Lora Preponla Tom Kruzu birlikdə görənlər olub. KİV nümayəndələri onlar arasında münasibətin olduğunu ehtimal edir. Lakin onlar bunu inkar edir. “Biz Lora ilə dostuq. Ortaq mövzularımız çoxdur, ona görə tez-tez ünsiyyətdə oluruq. Lora mehriban, səmimi, gözəl xanımdır. Lakin ona aşiq deyiləm” – T.Kruz deyib. Tom və Loranın əhatəsində olan insanların dediyinə görə, onların arasındakı münasibət daha yaxındır, birlikdə çox vaxt keçirir, lakin bunu hər kəsə bildirmək istəmirlər.





Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar