Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Aylardır xəstəxanada yatan türk aktyor tanınmaz hala düşdü

23-04-2014, 14:48   

Aktyor şəklini sosial mediada paylaşıb

Türkiyəli məşhur aktyor Nejat İşlər xəstəxanadan çıxıb. Yanvarın 17-dən müalicə alan aktyor şəklini sosial mediada paylaşıb.

Aktyorun ilk işi keçmiş sevgilisi, aktrisa Berrak Tüzünataç və başqa dostları ilə görüşmək olub. Saçları tökülən və xeyli kökələn İşlərin əlində çıxmağa başlayan çəhrayı ləkələrin müalicəsi evdə aparılacaq.

Aktyor “Twitter” sosial şəbəkəsində yazıb: “Arxada qalan çətin günlərimdə xoş arzularınız və dualarınız məni tək qoymadı. Həyatımın ən çətin imtahanının ən çətin hissəsini artıq keçdiyimi, xəstəxanadan ayrıldığımı bildirmək istəyirəm. Başda ailəm, dostlarım, sevdiklərim, Amerikan xəstəxanası, xəstəxanın bütün işçiləri və həkimlərə bir daha təşəkkür edirəm. Yaxşı ki varsınız!”.

Qeyd edək ki, Nejat İşlər yanvar ayında Bodrumda ağciyərin infeksiyası ilə bağlı septik şok və tənəffüs yetməzliyi diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Uzun müddət müalicə görən İşlərin ürək, qaraciyər və qan hüceyrələrində ciddi zədələr qeydə alınmışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar