Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Bu təklifi kim irəli sürüb?” – Ədalət Şükürov Operativ Qərargahı “topa tutdu” + Video

29-08-2020, 15:53   


Əməkdar artist Ədalət Şükürov Operativ Qərargahın bu gün qəbul etdiyi qərarı tənqid edib.
Bununla bağlı “Instagram” hesabında paylaşım edən müğənni muzeylərin və sərgi zallarının açılmasına güldüyünü deyib:
“Saytlardan oxudum ki, ölkə ərazisində muzeylər və sərgi zalları açılıb. Yadınıza salım ki, ölkəyə turist gəlmir. Məktəblər bağlıdır, şagirdlər də muzeyə gedə bilmir.
İnsanların elə əhval-ruhiyyəsi yoxdur ki, muzeylərə getsin. Mənə çox maraqlıdır, bu təklifi kim irəli sürüb? Yəni başqa problemimiz yox idi? Bir problem sərgi, muzey idi, onu da açdınız?!”

/yenisabah.az/




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar