Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Brilliant Dadaşova ermənilərə səsləndi: “Niyə öz xalqınızı zəhərlə qidalandırırsınız?”

7-10-2020, 12:32   


Xalq artisti Brilliant Dadaşova öz “İnstagram” səhifəsində erməni vandalizminə qarşı videomüraciət yayıb.
Musavat.com xəbər verir ki, Xalq artisti müraciətində Azərbaycanı ittiham edən Nikol Paşinyanın ötən gün Rusiya telekanalına verdiyi müsahibəyə münasibət bildirərək, bunları qeyd edib:

“Dağlıq Qarabağda müharibəni 1988-ci ildə siz başladınız. Şuşa şəhəri yaxınlığındakı qədim dövlət qoruğu sayılan Topxana meşəsini qırırdınız. Topxana meşəsi təbiətin möcüzəsidir. Siz Şuşanın təbiət incilərindən sayılan Topxana meşəsindəki ən nadir ağacları kəsib, Ermənistan ordusuna göndərirdiniz. O zaman mən tələbə idim, erməni vandalizminə etiraz əlaməti olaraq mitinqlərə çıxmağa başladıq. Daha doğrusu, biz təbiəti qoruyurduq, siz isə məhv edirdiniz. Əvvəlcə ağacları, təəssüf ki, sonra da insanları qırmağa başladınız. Münaqişənin genişlənməsi nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın düşdü, torpaqlarımızın isə 20 faizi işğal olundu”.

Xalq artisti daha sonra qeyd edib:

“Keçən dəfə Dağlıq Qarabağın kimə məxsus olduğunu ingilis dilində izah etməyə çalışdınız. Həmin çıxışda özünüz də etiraf etdiniz ki, Qarabağ Azərbaycana məxsusdur. Sizi təbrik edirəm, həqiqət şüuraltında gizlənib. Lakin bunu qəbul etmək istəməməyiniz artıq, tamamilə, başqa bir sualdır.
Azərbaycan dövləti sakinlərə xəbərdarlıq etdi ki, onlar Azərbaycan vətəndaşı sayılır, biz Qarabağı onların razılığı ilə işğalçı Ermənistanın aqressiyasından xilas edəcəyik. Yaxşı bilirsiniz ki, 100 il əvvəl dünya müharibəsi gedirdi, hər kəs bir-birini öldürürdü. O dövrün siyasətçisi üçün erməni soyqırımını uydurmaq əlverişli idi. Niyə öz xalqınızı zəhərlə qidalandırırsınız? Bizim torpaqlarımızdan çıxın, Prezident İlham Əliyevin dediyi kimi, bizim daha 30 il gözləməyə səbrimiz yoxdur. Biz onsuz da o torpaqları sizə verməyəcəyik”.
Xalidə Gəray, Musavat.com
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar